Icma.az
close
up
RU
Rusiyada xüsusi vergi rejimi tətbiq olunacaq

Rusiyada xüsusi vergi rejimi tətbiq olunacaq

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Rusiyada hökumət onlayn “ticarət platformaları” üzərindən idxal olunan məhsulların satışına xüsusi vergi rejiminin tətbiqini müzakirə edir. 

"Cebheinfo.az" xəbər verir ki, Sənaye və Ticarət Nazirliyinin hazırladığı konsepsiyaya görə, ilkin mərhələdə sadələşdirilmiş vergi rejimindən (USN) istifadə edən kiçik bizneslər və fərdi sahibkarlar hədəf alınacaq.

Verginin toplanması birbaşa ticarət platformaları vasitəsilə həyata keçiriləcək. Nazirlik rəsmiləri bu addımın qaçaq məhsullarla mübarizə və büdcə gəlirlərinin artırılması məqsədi daşıdığını vurğulayırlar.

Hazırlanan plana əsasən, 1 iyul 2026-cı ildən etibarən onlayn satılan, qida xaric idxal məhsullarına bu vergi tətbiq olunacaq. Bu çərçivədə “Çestnıy znak” sistemində qeydiyyata alınmış tekstil, ayaqqabı, oyuncaq, tikinti materialları kimi məhsullar xüsusi vergiyə tabe olacaq.

İkinci mərhələdə isə, 1 yanvar 2027-dən etibarən bu tətbiqin fiziki mağazalarda aparılan ticarətə də genişləndirilməsi planlaşdırılır. Beləliklə, idxal məhsulu satanlar ya ümumi vergi rejiminə keçərək ƏDV ödəməli, ya da yeni xüsusi vergini ödəməli olacaqlar. Hökumət bu yolla təxminən 1 trilyon rubl əlavə gəlir əldə etməyi planlaşdırır.

Yeni tənzimləmə 2009-cu ildə qəbul olunmuş və artıq dövrün tələblərinə cavab vermədiyi düşünülən ticarət qanununun yenilənməsi çərçivəsində nəzərdən keçirilir. Rəsmilərə görə, ticarət platformalarının yüksəlişi və çoxkanallı satış modelləri mövcud qanunvericiliyi qeyri-effektiv hala gətirib.

Yeni milli ticarət modelinin məqsədi qaçaq məhsulların azaldılması, yerli istehsalçıların dəstəklənməsi və kiçik bizneslərin rəqabət qabiliyyətinin artırılmasıdır.

Sektor nümayəndələri isə bu prosesə fərqli yanaşırlar. Pərakəndə şirkətlərini təmsil edən AKORT onlayn satış vitrinlərindəki məhdudiyyətlərin aradan qaldırılmasını və kiçik istehsalçıların ticarət platformalarına daha geniş çıxış əldə etməsini tələb edir.

İnternet ticarəti assosiasiyası AKİT isə bu tənzimləmənin sərt qadağalar yerinə “yaradıcı yanaşma” ilə hazırlanmalı olduğunu bildirir. Mütəxəssislərə görə, vergi layihəsinin formalaşması həm istehlakçı qiymətlərinə, həm də rəqabət şərtlərinə təsir edərək bazarı əhəmiyyətli dərəcədə yenidən formalaşdıra bilər.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 01 Oktyabr 2025 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aida İmanquliyeva Şərqlə Qərb arasında elmi körpü

19 Sentyabr 2026 09:47see318

Yeni BMW hər kilometrə görə 10 avro itirdi: qiyməti niyə kəskin aşağı düşdü

18 Sentyabr 2026 03:24see253

Hokkey üzrə dünya çempionu Hans Tvillinq 98 yaşında vəfat edib

18 Sentyabr 2026 03:33see244

Mbappe “Real”ın əfsanələrindən danışdı

18 Sentyabr 2026 02:01see232

Polina Qaqarina ilə Vanya Dmitrienko çəkilişdə mübahisə etdilər

18 Sentyabr 2026 05:27see223

Robert Fitso bu gün Kiyevə gedir

18 Sentyabr 2026 02:04see222

Putinin toy nəməri Trampı impiçmentə aparır?

18 Sentyabr 2026 21:36see215

Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb

18 Sentyabr 2026 03:03see215

Barselona Yamala görə dəstək aksiyasından imtina etdi

18 Sentyabr 2026 02:03see214

UEFA İrlandiyanın İsraillə bağlı istəyini rədd edib

19 Sentyabr 2026 01:42see212

Sinan Akçıl sevgilisi olduğunu açıqladı: “Heç kim tuta bilmir”

18 Sentyabr 2026 01:36see210

Hansı temperaturda çay içmək xərçəng yaradır?

18 Sentyabr 2026 21:35see201

ABŞ Pezeşkianla Əraqçiyə viza verdi

18 Sentyabr 2026 04:09see201

Toyuğun döşü, yoxsa budu daha faydalıdır?

19 Sentyabr 2026 02:03see198

Antibiotiklərin özbaşına qəbulu ciddi fəsadlara səbəb ola bilər PULMONOLOQ

18 Sentyabr 2026 12:46see192

Qıdıqlama hansı hallarda təhlükəlidir? Həkim AÇIQLADI

18 Sentyabr 2026 08:42see188

Rusiyadan enerji alan ölkələrə 100% dək rüsum: Tramp qanunu imzaladı

19 Sentyabr 2026 02:27see187

Maliyyə sektorunda nəzarətin genişləndirilməsi vətəndaşın bank hesablarına necə təsir edəcək?

18 Sentyabr 2026 16:47see186

Araqdan beyində degenerasiya baş verir

18 Sentyabr 2026 22:57see181

Milli Musiqi Günündə fərqli müsabiqə: tələbələrin bəstələri AZAL ın təyyarələrində səsləndiriləcək

18 Sentyabr 2026 17:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri