Icma.az
close
up
RU
Rusiyada yaşayan azərbaycanlılar hədəf seçildi “Qovun onları!”

Rusiyada yaşayan azərbaycanlılar hədəf seçildi “Qovun onları!”

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son dövrlərdə Rusiya ilə Azərbaycan arasında münasibətlərdə müəyyən gərginlik müşahidə olunur. Azərbaycan Prezidenti İlham Əliyevin 9 may Qələbə Günü ilə bağlı qərarından sonra Rusiyada Vladimir Solovyov başda olmaqla bir sıra rəsmilər, siyasətçilər, ölkəmizə qarşı ittihamlar səsləndirməyə başlayıblar. Onların bu ritorikasında əsas hədəf kimi Rusiyada yaşayan əmək miqrantları, xüsusilə də azərbaycanlılar seçilib. Solovyov son çıxışında Rusiyada yaşayan miqrantların ölkədən qovulmalı olduğunu bildirib.

Belə olduğu halda miqrantlara təhlükə yaranır?

Ceyhun Məmmədov

Milli Məclisin deputatı, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Ceyhun Məmmədov Globalinfo.az-a açıqlamasında bildirib ki, son zamanlar Rusiya rəsmiləri tez-tez bu məzmunda bəyanatlar səsləndirir:

“Bir sıra hallarda bəzi şəxslər məsuliyyətsiz bəyanatlar verirlər. Sovet İttifaqına daxil olan xalqlar bir zamanlar birgə yaşamış və onların bir qismi bu gün də Rusiyada yaşayır. Həmin xalqlar Rusiya dövlətinin formalaşmasında, dövlətçilik ənənələrinin qorunmasında və ölkənin inkişafında böyük rol oynayıblar. Buna görə də bu kimi açıqlamaların tez-tez səsləndirilməsi doğru deyil.

Hazırda Rusiyanın dünyanın bir çox ölkələri ilə münasibətləri pozulub. Demək olar ki, bütün Avropa ölkələri vaxtaşırı rəsmi Moskva ilə bağlı öz mövqelərini bildirirlər. İndi isə Rusiya post-sovet ölkələri ilə də əlaqələrini korlamağa başlayıb. Əgər bu cür addımlar davam edərsə, bu, Kreml üçün ciddi zərbə olacaq və nəticədə Rusiya dünyada tək qala bilər.

Miqrantlar artıq Rusiyanın cəmiyyətinin ayrılmaz hissəsinə çevriliblər. Onlar uzun illərdir bu ölkədə yaşayırlar. Miqrantları tez-tez hədələmək və şantaj etmək düzgün yanaşma deyil. Bu proseslərdən azərbaycanlı miqrantların da təsirlənməsi mümkündür”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 12 May 2025 19:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see373

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see335

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see293

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see269

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see266

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see257

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see246

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see239

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see238

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see225

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see219

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see217

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see214

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see211

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see210

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see206

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see206

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see200

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see199

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri