Icma.az
close
up
RU
Rusiyadan Azərbaycanı narahat edən hərbi zərbə Nələr baş verir?

Rusiyadan Azərbaycanı narahat edən hərbi zərbə Nələr baş verir?

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

Rusiya Silahlı Qüvvələri Ukraynanın Odessa vilayətində Azərbaycan qazının da nəql olunduğu stansiyaya raket zərbəsi endirib. Hücum qlobal miqyasda böyük rezonans doğurub. Ekspertlər Moskvanın bu addımının Azərbaycanın siyasətinə və Avropanın qaz təhlükəsizliyinə mümkün təsirlərini müzakirə edirlər.

Rusiya sözügedən hərbi həmlə hansı mesajı verdi?

Globalinfo.az-a danışan politoloq Yusif Bağırzadə deyib ki, Rusiyanın bu addımı həm Ukraynanın, həm də Avropanın enerji təhlükəsizliyinə qarşı yönəlib.

O bildirib ki, dünən ABŞ Prezidenti Donald Trampın Rusiya üzrə xüsusi nümayəndəsi Stiv Uitkof Moskvada Vladimir Putinlə görüş keçirib:

“Tramp Rusiyaya avqustun 8-nə qədər Ukrayna ilə sülh danışıqları masasına əyləşməsi üçün vaxt qoyub. ABŞ Rusiyadan konkret cavab gözləyir. Uitkof bununla əlaqədar Moskvada Kreml rəhbərliyi ilə görüş keçirib”.

Yusif Bağırzadə

Politoloq qeyd edib ki, bu fonda Ukrayna ərazisində yerləşən və Azərbaycan qazının ötürüldüyü qazpaylayıcı stansiyanın vurulması yalnız Ukrayna və Avropaya deyil, eyni zamanda ABŞ-a yönəlmiş açıq təxribatdır:

“Bu, qeyri-adekvat və təxribat xarakterli addımdır. Qeyd olunan stansiya Azərbaycan qazını Ukraynaya ötürür. Ukrayna bu qazdan həm daxili tələbat üçün istifadə edir, həm də Avropaya ixrac olunur. Rusiya bu zərbə ilə Avropa İttifaqı-Rusiya, ABŞ-Rusiya və Azərbaycan-Rusiya münasibətlərinə ciddi zərbə vurdu”.

Y.Bağırzadə qeyd edib ki, Putin və Vitkof arasında keçirilən danışıqlarda enerji infrastrukturuna, o cümlədən kəmərlərə və qaz stansiyalarına hücumların yolverilməzliyi də müzakirə edilə bilər:

“Bu obyektlərin təhlükəsizliyinə dair monitorinq mexanizmlərinin yaradılması məsələsinin gündəmə gəlməsi gözlənilir”.

Zaira Akifqızı
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:137
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 07 Avqust 2025 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see324

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see305

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see279

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see268

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see264

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see241

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see241

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see238

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see227

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see222

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see216

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see215

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see209

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see200

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see199

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see197

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see196

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see186

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see182

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri