Rusiyadan dəhliz açıqlaması: İran kimi düşünmürük
Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.
“Sünik (Zəngəzur-red.) bölgəsindən keçən kommunikasiya xətlərinin açılması zamanı Rusiya sərhədçilərinin ərazidəki mövcudluğu nəzərə alınmalıdır”.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin nümayəndəsi Alekseyd Fadeyev deyib.
O, Moskvanın “Tramp marşrutu” adlanan layihəyə göz gəzdirməli olduğunu bildirib:
“Rusiya Ermənistan, Azərbaycan və ABŞ liderlərinin Vaşinqtonda keçirilən görüşü ilə bağlı İran tərəfinin bəyanatlarında fərqli mövqedədir. Lakin sözügedən yolun açılması məsələsində Rusiya sərhədçilərinin ərazidəki mövcudluğu da nəzərə alınmalıdır. Ümumiyyətlə, layihənin təfərrüatları məlum deyil, detalları öyrəndikdən sonra fikir bildirmək olar”.
Əliyar Xəlil
Globalinfo.az


