Icma.az
close
up
RU
Rusiyadan NATO ya xəbərdarlıq: “Vəziyyət daha da pisləşir”

Rusiyadan NATO ya xəbərdarlıq: “Vəziyyət daha da pisləşir”

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya ilə Qərb arasında artan gərginlik fonunda Kreml yenidən sərt açıqlamalarla gündəmə gəlib. Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bu dəfə NATO-nun Baltikyanı ölkələrdə keçirdiyi “Baltops 2025” hərbi təlimlərini hədəfə alaraq bildirib ki, Şimali Atlantika Alyansı Rusiyaya qarşı hərbi toqquşmaya hazırlaşır.

Qruşkonun sözləri reallığı əks etdirirmi? NATO doğrudan da Rusiya ilə birbaşa müharibəyə hazırlaşır, yoxsa Kreml öz ictimaiyyətini və müttəfiqlərini səfərbər etmək üçün həyəcan təbili çalır?

Globalinfo.az-a danışan politoloq Ramiyə Məmmədova bildirib ki, Qərb ölkələri Ukrayna vasitəsilə Rusiyaya qarşı mübarizə aparır:

“Ukrayna müharibəsi fonunda Qərbin Rusiya ilə münasibətləri gərgin olaraq qalır. NATO-nun Baltikyanı ölkələrdə keçirdiyi “Baltops 2025” hərbi təlimləri və eyni vaxtda Rusiyanın da öz hərbi manevrlərinə başlaması regionda güc nümayişinin açıq təzahürüdür.

Kreml öz hegemonluğunu qəbul etməyən dövlətlərə mesaj verməyə çalışır. Digər tərəfdən, Qərb alyansı da Ukrayna vasitəsilə Rusiya ilə savaş aparır. Ukraynanın son zamanlar həyata keçirdiyi genişmiqyaslı hücumların arxasında ciddi dəstək var. Belə əməliyyatları təkbaşına həyata keçirmək mümkün deyil. Qərbin Ukraynanı silahlandırması onun bu münaqişədə əsas oyunçulardan biri olduğunu açıq şəkildə göstərir”.


Ramiyə Məmmədova

Ramiyə Məmmədova əlavə edib ki, rəsmi Moskvanın Avropa ilə birbaşa və genişmiqyaslı müharibəyə girməsi çətin və təhlükəli ssenaridir:

“İstanbulda keçirilən görüşdən sonra Türkiyənin xarici işlər naziri Hakan Fidanın açıqlamaları da göstərdi ki, bu münaqişə Avropa üçün ciddi itkilərlə nəticələnə bilər. Rusiya prezidenti Vladimir Putin dəfələrlə bəyan edib ki, müharibənin miqyasının genişlənməsi Üçüncü Dünya müharibəsinin başlanmasına səbəb ola bilər. Bu isə artıq nüvə silahlarının tətbiqi ehtimalını gündəmə gətirir. Yaranmış vəziyyət təkcə Rusiya və Ukraynanı deyil, bütövlükdə qlobal təhlükəsizlik sistemini təhdid edir və siyasi-diplomatik çıxış yollarının axtarışı daha da zəruri görünür”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:204
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 04 İyun 2025 19:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see365

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see351

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see275

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see265

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see255

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see244

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see237

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see236

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see231

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see223

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see221

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see212

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see211

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see203

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see190

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see188

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see185

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see177

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see173

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri