Icma.az
close
up
RU
Rusiyadan Şoltsa XƏBƏRDARLIQ: “Oreşnik” ballistik raketi Berlinə 8 DƏQİQƏYƏ ÇATACAQ

Rusiyadan Şoltsa XƏBƏRDARLIQ: “Oreşnik” ballistik raketi Berlinə 8 DƏQİQƏYƏ ÇATACAQ

Icma.az, Olke.az-ə istinadən, xəbər edir Rusiyadan Şoltsa XƏBƏRDARLIQ: “Oreşnik” ballistik raketi Berlinə 8 DƏQİQƏYƏ ÇATACAQ.

Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədr müavini Aleksey Çepa Almaniya kansleri Olaf Şoltsun Rusiyanın orta mənzilli “Oreşnik” raketlərindən istifadəsi ilə bağlı "dəhşətli eskalasiya" barədə açıqlamasını şərh edib.

Ölkə.az Musavat.com-a istinadən xəbər verir ki, o, Şoltsun Moskvanın hərbi potensialını düzgün qiymətləndirdiyini bildirib.

Çepanın sözlərinə görə, Şolts münaqişənin nə qədər təhlükəli olduğunu başa düşüb və bundan düzgün nəticə çıxarıb:

"Əgər bu raket Londona 13 dəqiqəyə çata bilirsə, Berlinə 8 dəqiqəyə çatması mümkündür. Onlar bunu çox yaxşı anlamalıdırlar. Şolts və digər siyasətçilər düzgün nəticələr çıxarmalıdırlar. Onların planlaşdırdığı istənilən hərəkət qəbuledilməzdir", - deyə Çepa qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az-ı izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:36
embedMənbə:https://olke.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri