RUSİYADAN ŞOK XƏBƏRDARLIQ: Ballistik raketlərimiz Londona 13, Berlinə 8 dəqiqəyə ÇATACAQ
Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədr müavini Aleksey Çepa Almaniya kansleri Olaf Şoltsun Rusiyanın orta mənzilli “Oreşnik” raketlərindən istifadəsi ilə bağlı "dəhşətli eskalasiya" barədə açıqlamasını şərh edib.
O, Şoltsun Moskvanın hərbi potensialını düzgün qiymətləndirdiyini bildirib.
Çepanın sözlərinə görə, Şolts münaqişənin nə qədər təhlükəli olduğunu başa düşüb və bundan düzgün nəticə çıxarıb:
"Əgər bu raket Londona 13 dəqiqəyə çata bilirsə, Berlinə 8 dəqiqəyə çatması mümkündür. Onlar bunu çox yaxşı anlamalıdırlar. Şolts və digər siyasətçilər düzgün nəticələr çıxarmalıdırlar. Onların planlaşdırdığı istənilən hərəkət qəbuledilməzdir", - deyə Çepa qeyd edib.(musavat.com)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 22 Noyabr 2024 19:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















