Icma.az
close
up
RU
Rusiyalı politoloq: Cənubi Qafqaz Trans Avrasiya nəqliyyat dəhlizlərinin əsas qovşaqlarından birinə çevrilir

Rusiyalı politoloq: Cənubi Qafqaz Trans Avrasiya nəqliyyat dəhlizlərinin əsas qovşaqlarından birinə çevrilir

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 30 oktyabr, Səbinə Əlizadə, AZƏRTAC

Son illər Cənubi Qafqaz əsas Trans-Avrasiya nəqliyyat marşrutlarının formalaşmasında və fəaliyyətində mühüm rol oynayan strateji məkana çevrilməkdədir. Əgər 10 il əvvəl bölgənin beynəlxalq nəqliyyat dəhlizləri baxımından əhəmiyyəti daha çox uzaq perspektiv kimi qiymətləndirilirdisə, bu gün bu, artıq reallığa çevrilib. Coğrafi mövqeyin verdiyi üstünlükləri qiymətləndirməyi bacaran Azərbaycan bunun nəticəsi kimi vaxtında Şimal–Cənub beynəlxalq multimodal nəqliyyat dəhlizinə qoşulub. Hazırda isə bu layihədə əsas və həlledici rol oynayır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında rusiyalı politoloq Vitaliy Arkov səsləndirib.

Arkovun sözlərinə görə, Azərbaycanın genişmiqyaslı nəqliyyat və logistika layihələrində fəal iştirakı ölkə rəhbərliyinin uzaqgörən və strateji qərarının göstəricisidir.

“Bu, çox müdrik addımdır. Qlobal ticarətin dinamik şəkildə artdığı bir şəraitdə yüklərin tranziti üçün geniş infrastruktur imkanlarının yaradılması iqtisadi baxımdan böyük gəlir mənbəyi hesab olunur. Bununla yanaşı, Azərbaycan təkcə tranzit ölkə deyil, o, hasil etdiyi, yetişdirdiyi və istehsal etdiyi məhsullarla dünya bazarına ciddi təkliflər verə bilir. Bu isə ölkə iqtisadiyyatının digər sahələrinin də inkişafına mühüm təkan verir”, – deyə ekspert vurğulayıb.

Ermənistanın nəqliyyat-logistika baxımından perspektivlərinə toxunan ekspert bildirib ki, Azərbaycanla ərazi mübahisəsinin həllindən və qarşılıqlı mehriban qonşuluq münasibətlərinə qayıdışından sonra bu ölkənin də böyük logistika layihələrində iştirak imkanları haqqında danışmaq mümkündür.

“Ermənistanın mövcud infrastrukturu hələ ilkin mərhələdə olsa da, düzgün yanaşma ilə o, yalnız Rusiya–İran və ya Gürcüstan–İran tranzit marşrutlarında deyil, daha geniş istiqamətlərdə də istifadə oluna bilər”, – deyə Vitaliy Arkov qeyd edib.

O, həmçinin deyib ki, Ermənistanı “Şimal–Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizində Azərbaycanla rəqib və ya alternativ kimi dəyərləndirmək doğru olmaz.

“Region ölkələri arasında münasibətlərdə hipotetik gərginliklərin yaranması halında belə siyasi fikir ayrılıqları iqtisadi əməkdaşlığa təsir göstərməməlidir. Hamı yaxşı başa düşür ki, diplomatik fikir ayrılıqları keçicidir, lakin illərlə formalaşan, milyardlarla investisiya qoyulmuş iqtisadi əlaqələr uzunmüddətli dəyər daşıyır. Onları dayandırdıqdan sonra eyni səviyyədə yenidən qurmaq asan deyil”, – deyə rusiyalı politoloq bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Oktyabr 2025 12:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see457

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see285

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see211

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see208

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see196

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see191

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see183

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see181

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see164

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see162

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see161

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see154

CNN: ABŞ nin Mərkəzi Kəşfiyyat İdarəsi Venesuelada daimi mövcudluq barədə düşünür

27 Yanvar 2026 21:43see153

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see153

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see146

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see145

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see143

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see141

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see141

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri