Icma.az
close
up
RU
Rusiyalı politoloq: Tranzit qərarı Bakının Cənubi Qafqazda siyasi liderliyini nümayiş etdirir

Rusiyalı politoloq: Tranzit qərarı Bakının Cənubi Qafqazda siyasi liderliyini nümayiş etdirir

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 23 dekabr, Səbinə Əlizadə, AZƏRTAC

Cənubi Qafqazda Ermənistan yüklərinin Azərbaycan ərazisindən tranzitinə icazə verilməsi rəsmi Bakının siyasi gücünün, yüksək beynəlxalq nüfuzunun və regionda normal, mehriban qonşuluq münasibətlərinin formalaşdırılmasına inamının bariz göstəricisidir. Bu addım Cənubi Qafqaz üçün uzunmüddətli sülh perspektivinin yarandığını nümayiş etdirir.

Bunu AZƏRTAC-a açıqlamasında Rusiya Federasiyasının I dərəcəli dövlət müşaviri, politoloq Tatyana Poloskova bildirib.

Onun sözlərinə görə, Ermənistanın Baş naziri Nikol Paşinyan bu tarixi fürsəti aydın şəkildə dərk edir və ölkə daxilində destruktiv müxalif qüvvələrin regionu yeni müharibəyə sürükləmək cəhdlərinə baxmayaraq, düzgün seçim edərək Azərbaycanla əməkdaşlıq və mehriban qonşuluq yolunu tutub. Politoloq xatırladıb ki, Nikol Paşinyan Sankt-Peterburqda keçirilən Ali Avrasiya İqtisadi Şurasının iclasında Ermənistan yüklərinin Azərbaycan ərazisindən tranzitinin açılmasına və ikitərəfli ticarət üçün şərait yaradılmasına görə Prezident İlham Əliyevə açıq şəkildə təşəkkür edib.

“Ermənistan hökumət başçısı hələ sentyabr ayında “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsinin qarşılıqlılıq prinsipi əsasında həyata keçiriləcəyini bəyan edib. Azərbaycandan Ermənistana SSRİ-nin dağılmasından sonra ilk dəfə neft məhsulları ilə yüklənmiş qatarın göndərilməsi fonunda destruktiv informasiya kampaniyası aparan və əməkdaşlığa qarşı çıxan qüvvələr yalnız Ermənistanın düşmənləridir. Bu gün Ermənistanın enerji təhlükəsizliyi ilə bağlı problemlərin həlli əvəzinə populizmə və revanşist ritorikaya üstünlük verən müxalifət ölkənin real inkişaf perspektivlərini təklif etmək iqtidarında deyil. Regional əməkdaşlıqdan imtina əhalinin rifahına zərbə vurur və Ermənistanı çıxılmaz vəziyyətdə saxlayır”, – deyə politoloq vurğulayıb.

T.Poloskova bildirib ki, Azərbaycan və Ermənistan tranzit yüklərinə tətbiq edilən qarşılıqlı məhdudiyyətləri aradan qaldırıblar. Noyabrın əvvəlində 30 ildən sonra ilk dəfə olaraq Rusiya-Gürcüstan-Azərbaycan marşrutu ilə Ermənistana min tondan artıq buğda daşıyan qatar göndərilib. Onun sözlərinə görə, bu addım regionda sağlam düşüncəli dairələr tərəfindən, o cümlədən Rusiyada müsbət qarşılanıb.

“Cənubi Qafqazda regional inkişaf və yaradıcı əməkdaşlıq prosesi artıq başlayıb və bunu dayandırmaq mümkün olmayacaq. Çünki bu prosesdə bir çox ölkələr maraqlıdır”, - deyə rusiyalı politoloq vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:41
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Dekabr 2025 13:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see156

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see155

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see155

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see154

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see146

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see143

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see143

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see136

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see135

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see131

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see131

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri