Icma.az
close
up
RU
“Rusiyanı ancaq qeyri ənənəvi üsullarla məğlub etmək olar…”

“Rusiyanı ancaq qeyri ənənəvi üsullarla məğlub etmək olar…”

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Artıq doqquz aydır ki, cəbhənin bu hissəsində döyüşlər gedir…

...Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski Kursk vilayətindəki ukraynalı müdafiəçilərin mövqelərinə baş çəkərək, cəbhənin bu hissəsində əməliyyatın artıq 9 aydır ki, davam etdiyini bildirib.

Telegram kanalında yazdığı mesajda o, Ukrayna Silahlı Qüvvələrinin orada məqsədlərinin çoxuna nail olduğunu bildirib.

…Kursk vilayətində fəal hərəkətlərimiz sayəsində biz Sumı və Xarkov vilayətlərində düşmənin hücum kampaniyasının qarşısını ala bildik. Ukrayna Müdafiə Qüvvələrinin sərhədyanı ərazilərdə yaratdığı bufer zonası bu gün də aktuallığını qoruyub saxlayır.

SİA-nın məlumatına görə, bunu yazan Sırskinin fikrincə, Rusiya Federasiyasının üstün qüvvələrini ancaq qeyri-ənənəvi üsullarla məğlub etmək olar.

Onun fikrincə, Kursk əməliyyatı bunun təsdiqdir.

…Bu, konkret hərbi birləşmələr, konkret əsgərlər – Ukrayna ordusunun əsl qəhrəmanları sayəsində mümkün olub. Kursk vilayətində müəyyən tapşırıqları səmərəli şəkildə yerinə yetirən birləşmələrdən biri də 225-ci ayrı-ayrı hücum alayı idi. İndi isə biz Ukraynanın şimalında və Rusiya Federasiyasının sərhədyanı rayonlarında uğurlu aktiv müdafiədən danışanda bu, ilk növbədə 225-ci ilə bağlıdır, - deyə baş komandan qeyd edib.

…Və bu arada “Azadlıq” radiosu xəbər verir ki, Rusiyanın müharibə tərəfdarı olan bloqqerləri və cəbhədəki hadisələri izləyən Telegram kanalları bazar ertəsi səhər Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində – Qluşkovski rayonunda irəliləməyə yeni cəhdi barədə yazıblar.

İddia olunur ki, Ukrayna Silahlı Qüvvələri sərhədə yaxın yerləşən Tetkino kəndi ərazisində sərhədi yarmağa çalışır. Bəzi məlumatlara görə, hücum cənub-şərqdə, Novı Put kəndi ərazisində də həyata keçirilir. Zərbələr nəticəsində Zvanoe kəndində Seym çayı üzərindəki körpü dağılıb.

SHOT Telegram kanalının məlumatına görə, əməliyyatda 250-yə qədər ukraynalı hərbçi, 15-dən çox ağır texnika, həmçinin piyadaların istifadə etdiyi kvadrosikllər iştirak edir.

Yerli ictimaiyyət də öz növbəsində Ukrayna pilotsuz təyyarələrinin Rusiya ərazisi üzərində aktivliyinin artmasını qeyd edir.

Əli Babayev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:254
embedMənbə:https://sia.az
archiveBu xəbər 06 May 2025 00:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri