Icma.az
close
up
RU
Rusiyanı dalana dirəyən SANKSİYA

Rusiyanı dalana dirəyən SANKSİYA

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

“Artıq ABŞ-nin son tətbiq etdiyi enerji sanksiyaları Rusiyaya ciddi təsir göstərib”.

Bu sözləri Real Partiyasının sədri, iqtisadçı-ekspert Natiq Cəfərli “Cümhuriyət”-ə açıqlamasında ABŞ-nin Rusiya neftinə tətbiq etdiyini yeni sanksiyalardan danışarkən deyib. O bildirib ki, ABŞ Donald Trampın prezidentliyi dövründə ilk dəfə Rusiyaya ciddi sanksiyalar tətbiq etməyə başladı: 

“Bu günə qədər davam edən 4 illik Ukrayna müharibəsində ABŞ və Avropa İttifaqı ölkələri Rusiyaya qarşı sanksiyaları sanki sanksiya naminə qəbul edirdilər. Çünki o sanksiyalardan yan keçmək üçün Kremlin həddindən çox imkanları və fürsətləri var idi. İndi isə bu addımlar çox sərtləşdirilir”. 

Ekspert Rusiyadan neft alacaq ölkələrə də sanksiya tətbiq olunacağından danışıb: 

“Rusiya neftinin qiyməti artıq bir neçə gündür 36 dollara düşüb. Yəni Rusiya “Brent” markalı neftin qiymətinə nisbətən 24-25 dollarlıq endirim edib ki, neftini sata bilsin. Ancaq alıcılar sanksiyalardan çəkindiklərinə görə Rusiya neftindən imtina etməyə və yaxud da daha çox endirim istəməyə başlayırlar. 

Bu da Rusiyanın gəlirlərinin kəskin azalmasına gətirib çıxarır. Artıq rəsmi şəxslər də bunu gizlətmirlər. Moskva hakimiyyətində iqtisadi komandanın üzvləri rublun dəyərinin ilin sonuna qədər 10 faiz dəyər itirəcəyini və büdcə gəlirlərinin azalacağını proqnozlaşdırırlar. Artıq bunun təsirləri var. 

Nəticədə, Hindistan və Çin Rusiyadan alınan neftin həcmini xeyli azaldıb. Hətta Çin Qazaxıstan neftinin ixracatı nəzərdə tutur.  Onun Rusiya neftini əvəz etməsi mümkündür”.

Lakin onun sözlərinə görə, bu sanksiyalar uzunmüddətli olmaya bilər: 

“Görünən odur ki, sanksiya təhdidinin özü belə Rusiya iqtisadiyyatına ciddi şəkildə təsir etməyə başlayıb. Lakin bu, sanksiyaların daim qüvvədə qalacağı da demək deyil. Bu sanksiyaların əsas məqsədi Rusiyanı danışıqlar masasına gətirməkdir. Əgər danışıqlar davam edəcək və müəyyən ilkin razılaşmalar olacaqsa, son qəbul olunan sanksiyaların yumşalması mümkündür”.

 Natiq Cəfərli Rusiyaya tətbiq olunan sanksiyalar fonunda Azərbaycan neftinə tələbatın artması ehtimalına da toxunub: 

“Onsuz da Azərbaycan neftinə tələbat var. Bu, Rusiya və ya sanksiyalarla əlaqəli deyil. Sadəcə bizdə neft hasilatı kəskin şəkildə aşağı düşür.  Hasilatın aşağı düşməsi Azərbaycan neftinin dünya bazarına çıxarılma həcmini azaldır. Azərbaycan neftinə tələbat yüksəkdir. Ölkəmiz “Opec+” anlaşmasının üzvüdür, kvotalar müəyyənləşib. Lakin Azərbaycan gündəlik 80 min barellik kvotanı doldura bilmir. 

Yəni bizdə əsas problem hasilatın azalmasıdır. Azərbaycan neftinin keyfiyyətinə görə ona dünya bazarına tələbat yüksəkdir. Həm Avropa, həm də Asiya ölkələri bizdən neft almaq istəyirlər. Bizim çıxardığımız neftin həcmi azaldığı üçün dünya bazarına hər il daha az neft sata bilirik”. 

Ekspert vurğulayıb ki, neft hasilatını artırmaq üçün yeni yataqlar lazımdır: 

“Ancaq neft gəlirləri Azərbaycan iqtisadiyyatının əsasını təşkil edir. Yeni quyuların qazılması ilə istehsal həcmi artırılmalıdır. Bunun üçün də zamana ehtiyac var. Abşeron yarımadasında müəyyən işlər görülür. Bəzi məlumatlara görə təqribən, 2028-ci ilin sonu, 2029-cu ilin əvvəli əlavə 80-100 min barel neft çıxarma imkanı olacaq. Bu, neft hasilatının artırılması qazılan quyulara və tətbiq olunan texnologiyalara bağlıdır. Quyular artdıqca, neft hasilatında da müəyyən artım və sabitləşmə ola bilər”. 

Elmir Mustafa
"Cebheinfo.az"

Açar sözlər: Rusiya ABŞ sanksiya neft

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:143
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 22 Noyabr 2025 12:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see839

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see339

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see318

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see304

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see286

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see204

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see198

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see195

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

09 Oktyabr 2026 22:28see194

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see193

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see192

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see192

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see191

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see185

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see185

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see175

Xərçəngin müalicəsində tarixi İRƏLİLƏYİŞ: xəstələrin sağ qalma müddətini ikiqat artıran möcüzəvi həb

09 Oktyabr 2026 20:17see172

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see166

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see166

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri