Icma.az
close
up
RU
Rusiyanı sonunda üzr istəməyə məcbur edən səbəblər Politoloq şərh etdi

Rusiyanı sonunda üzr istəməyə məcbur edən səbəblər Politoloq şərh etdi

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

"Rusiya prezidenti Vladimir Putin dekabrın 25-də Bakı-Qroznı marşrutu üzrə uçuş yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Rusiyanın hava məkanında fiziki-texniki xarakterli kənar müdaxiləyə məruz qalması və nəticədə baş vermiş faciəvi hadisə ilə bağlı üzrxahlığını ifadə etdi. Lakin Malaziya təyyarəsinin qəzasında isə, Rusiya heç vaxt səhvini etiraf etmədi və üzr istəmədi. O vaxt, Rusiya tərəfi, təyyarənin vurulmasında hər hansı bir yanlışlıq olmadığını bildirmişdi və məsuliyyəti üzərinə götürməmişdi. Bu iki hadisə arasındakı fərq, Rusiya ilə Azərbaycan arasındakı münasibətlərin özünəməxsus xüsusiyyətlərini ortaya qoyur. Azərbaycanın geosiyasi əhəmiyyəti və bu ölkənin Şimal-Cənub nəqliyyat dəhlizindəki strateji mövqeyi, Rusiyanı sonunda üzr istəməyə məcbur etmişdir"

Bu fikirləri Moderator.az-a açıqlamasında  politoloq Sultan Zahid  deyib.

Politoloq qeyd edib ki, Azərbaycanın geosiyasi və geoiqtisadi əhəmiyyəti Rusiya üçün mühüm bir amildir:

“Azərbaycanla münasibətlərin Rusiya üçün böyük əhəmiyyət kəsb etməsi, hər iki ölkənin strateji maraqlarının qarşılıqlı olaraq təmin edilməsi baxımından olduqca vacibdir. Ticari və iqtisadi əlaqələr, eləcə də siyasi münasibətlər bu əməkdaşlığın təməlini təşkil edir. Son illərdə Rusiyanın əməkdaşlıq edə biləcəyi ölkələrin sayının azalması, onun beynəlxalq münasibətlərdəki mövqeyini daha da zəiflədir. Xüsusilə Ukrayna müharibəsindən sonra Rusiyaya qarşı tətbiq olunan beynəlxalq sanksiyalar, onun iqtisadiyyatına və beynəlxalq əlaqələrinə ciddi təsir göstərib. Rusiyanın Yaxın və Orta Şərqdə təsir dairəsi Suriya rejimi devrildikdən sonra zəifləyib. Ona görə də , Rusiya, Cənubi Qafqaz dövlətləri ilə münasibətlərini hamar səviyyədə saxlamağa çalışır. Şimal-Cənub nəqliyyat dəhlizinin vacib bir hissəsi olan Azərbaycan, həm Asiya, həm də Avropa arasında ticarət və enerji mübadiləsinin artırılmasında strateji mövqeyə malikdir. Eyni zamanda, Rusiyanın  Ermənistanla olan münasibətləri bir qədər problemli olsa da, Azərbaycanla əlaqələrin inkişafı Rusiya üçün geosiyasi maraqları baxımından vacibdir. Digər tərəfdən, Azərbaycanın Türkiyə ilə olan müttəfiqliyi də Rusiya üçün əlavə bir faktor rolunu oynayır. Rusiya, həmçinin Türkiyə ilə olan strateji əlaqələrini nəzərə alaraq, Azərbaycanın bu münasibətlərdəki rolunu qiymətləndirir”.

Politoloq hesab edir ki, təyyarə qəzası ilə bağlı kompensasiya məsələsi, tərəflər arasında rəsmi və qeyri-rəsmi kanallar vasitəsilə müzakirə olunur:

“Çox güman ki, kompensasiya məsələsi ilə bağlı addımlar atılacaqdır. Azərbaycan, 2020-ci ildə Rusiya helikopterinin səhvən vurulması ilə bağlı üzr istədikdən sonra, hər hansı bir gecikmə olmadan konkret addımlar atmışdır. Rusiya, uzun müddət bu məsələyə münasibət bildirməyərək və təfərrüatlı bəyanat verməyərək, əslində məsələni uzatmış oldu və bununla da beynəlxalq ictimaiyyətin və Azərbaycanın təzyiqlərini daha da artırdı. Rusiya da məcbur olub Azərbaycan tərəfindən üzr istədi. Lakin obyektiv şəkildə hadisədə əli olan günahkarlar araşdırılaraq məhkəməyə sövq edilməlidir və zərərçəkmişlərə kompensasiya ödənilməlidir”.

Mehin Mehmanqızı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://moderator.az
archiveBu xəbər 29 Dekabr 2024 16:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see287

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see184

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see178

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see167

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see165

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see155

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri