Icma.az
close
up
RU
Rusiyanın 5 ən güclü neft zavodlarından biri ikinci gecədir ki, vurulur, yanır... VİDEO

Rusiyanın 5 ən güclü neft zavodlarından biri ikinci gecədir ki, vurulur, yanır... VİDEO

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

Dekabrın 12-si gecəsi Rusiyanın Yaroslavl bölgəsinə dronlar hücum edib və bir sıra partlayışlar nəticəsində böyük yanğın baş verib. Onlayn məlumatlara görə, dronlar yerli neft emalı zavoduna zərbə endirib.

Moderator.az bu haqda "Korrespondent" və "Fokus" nəşrlərinə istinadla xəbər verir. 

Rusiyanın telegram-kanallarına görə, şahidlər Yaroslavlda ən azı yeddi partlayış baş verdiyini iddia edirlər.

Partlayışlardan sonra şəhərin rayonlarından birinin üzərində tüstü qalxmağa başlayıb və səmada parıltılar hiss olunub. Yerli sakinlər də "səmada qəribə bir uğultu"dan şikayətlənirlər. Bundan əvvəl yerli qubernator bölgənin dron həyəcanı verildiyi barədə xəbərdarlıq edib.

Yaroslavldan görüntülər internetdə də paylaşılıb və səmada parıltı və böyük yanğın müşahidə olunub.

Monitorinq kanallarına görə, dronlar əvvəlcə Yaroslavldakı böyük bir neft emalı zavodunu vurub. Bu, çox güman ki, Rusiyanın mərkəzindəki ən böyük neft emalı zavodlarından biri hesab edilən "Yaroslavnefteorgsintez"dir. Bu neft emalı zavodu "Slavneft" şirkətinin bir hissəsidir və ilkin neft emalı gücünə görə Rusiyanın ən güclü 5 neft emalı zavodu arasında yer alır.

Yazının dərc olunduğu vaxt Yaroslavl neft emalı zavoduna edilən zərbə ilə bağlı rəsmi məlumat olmayıb.

Qeyd edilir ki, dronlar Yaroslavla ardıcıl ikinci gecədir hücum edir. 11 dekabrda yerli media şəhər səmasında təxminən 10 partlayış baş verdiyini bildirsə də, Rusiya hakimiyyəti hələlik hücumun nəticələri ilə bağlı heç bir məlumat verməyib.

"Korrespondent" onu da qeyd edir ki, Yaroslavl neft emalı zavodu, Rusiyanın Avropa hissəsindəki digər neft emalı zavodları kimi, tez-tez dron hücumlarına məruz qalır. Sonuncu hücum 31 oktyabrda qeydə alınıb. Neft emalı zavoduna daha əvvəl 1 oktyabrda hücum edilmişdi.

Xatırladılır ki, 12 dekabr gecəsi Rusiyanın Soçi və Tuapse şəhərlərində də partlayışlar baş verib və hakimiyyət orqanları Moskvaya gedən pilotsuz təyyarənin vurulduğunu da bildirib.

11 dekabr gecəsi Moskvadada dron hücumları artıb: Rusiya paytaxtı üzərindəki səma 5 saatdan çox müddətə bağlanıb və hakimiyyət orqanları onlarla PUA-nın vurulduğunu bildirib.

S.Laçın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:78
embedMənbə:https://moderator.az
archiveBu xəbər 12 Dekabr 2025 07:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see251

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see239

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see232

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see175

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see173

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see158

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see156

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see149

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see148

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see146

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see145

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see143

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see141

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see141

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see141

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri