Icma.az
close
up
RU
“RUSİYANIN AZƏRBAYCANA TƏSİR RIÇAQLARI MƏHDUDDUR” “Moskva Bakı qarşıdurması yumşaq fazaya keçir”

“RUSİYANIN AZƏRBAYCANA TƏSİR RIÇAQLARI MƏHDUDDUR” “Moskva Bakı qarşıdurması yumşaq fazaya keçir”

Icma.az bildirir, Azpolitika.az portalına istinadən.

Azərbaycana qarşı təhdid və təzyiq dilinin gözlənilən effekti vermədiyini, əksinə, Rusiyanın Cənubi Qafqazdakı mövqelərini daha da sarsıtdığını anlayan Kremlin ölkəmizə qarşı münasibəti bir qədər yumşaltdığı müşahidə olunur.

“AzPolitika” xəbər verir ki, Rusiya Dumasının 4 dəfə ardıcıl deputatı olmuş Oleq Şein bu mövzuda maraqlı paylaşım edib.

Rusiyalı siyasətçi öz “Telegram” kanalında yazıb ki, “Bakı ilə Moskva arasında münaqişə yumşaq fazaya daxil olur”.

Şein qeyd edir ki, Azərbaycana qarşı hərbi müdaxilə heç də “pasifizm”ə görə deyil, obyektiv səbəblərə görə istisna edilir. O hesab edir ki, bir tərəfdən Kremlin diqqəti Ukraynadakı müharibəyə yönəlib, digər yandan, Azərbaycana qarşı hər hansı hərbi addım atılsa, Türkiyə açıq-aydın kənarda dayanmayacaq.

Şeinə görə, Rusiyanın Azərbaycana qarşı iqtisadi təzyiq rıçaqları da son dərəcə məhduddur: “Azərbaycana birbaşa xarici investisiyaların cəmi 6,5%-i Rusiyadandır. Ermənistanda bu rəqəm 70%-ə çatır.

Rusiyaya ixrac Azərbaycanın xarici dövriyyəsinin cəmi 3,5%-ni təşkil edir. Müqayisə üçün, Gürcüstanda 48 faizdir.

Azərbaycan Rusiyaya 1,2 milyard dollarlıq mal satır, Rusiyadan isə 3,6 milyard dollarlıq mal alır – ticarət müharibəsi Rusiya müəssisələrinə üç dəfə daha çox zərbə vuracaq.

Rusiyadan köçürmələr Azərbaycana xaricdən bütün özəl köçürmələrin cəmi 11%-ni təşkil edir. Rusiyadakı Azərbaycan diasporunun sayı isə (rəsmi rəqəmlərə görə-red.) son 5 ildə 470 mindən 330 minə qədər azalıb.

Ümumiyyətlə, Azərbaycan iqtisadi cəhətdən müstəqildir və indi o, çoxqütblü dünyanın, belə demək mümkünsə, reallıqda necə göründüyünü nümayiş etdirir.

Bəli, belə bir dünyada kifayət qədər uğurla yaşamaq mümkündür, əgər təbii ki, siz digər ölkələri bərabərhüquqlu tərəfdaşlar hesab edirsinizsə”.

Göründüyü kimi, təcrübəli və məntiqlə düşünməyi bacaran siyasətçilər Kremlin səhv yolda olduğunu anlayır və qonşu dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmətə dayanan münasibətlərin qurulmasının zəruriliyini qeyd edirlər.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:109
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 31 İyul 2025 12:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see178

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see154

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see144

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see144

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see142

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see140

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see136

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri