Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İlhamə Quliyeva müsahibə verdi və ağladı

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

Hamilə qadınlar dişlərini müalicə etdirə bilər?

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

Rusiyanın Azərbaycandakı agentura şəbəkəsi haqda yeni detallar Bu iki şəxs...

Rusiyanın Azərbaycandakı agentura şəbəkəsi haqda yeni detallar Bu iki şəxs...

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

Rusiya ilə gərginləşən münasibətlər fonunda Moskvanın ölkəmizdəki dayaqları laxlayıb, mövqeyi daha da zəiflədib. Artıq 8 aya yaxındır ki, şimal qonşumuzla əlaqələrdə ciddi çatlar yaranıb. Bunun səbəbkarı Kremlin yanlış, qərəzli siyasətidir. 2024-cü ilin dekabr ayının 25-də AZAL-a məxsus sərnişin təyyarəsinin Rusiya hərbçiləri tərəfindən vurulması Bakının haqlı etirazına səbəb oldu.

Bundan sonra Prezident İlham Əliyev Rusiyadan üzrxahlıq, kompensasiya və günahkarların cəzalandırılmasını tələb etdi. Hələ də bu tələblər yerinə yetirilməyib.

Yekaterinburqda azərbaycanlılara qarşı baş verənlərdən sonra isə münasibətlər daha da kəskinləşib. Yenə də Moskva üzrxahlıq etmək, vəziyyəti yumşaltmaq, günahkarları məsuliyyətə cəlb etmək əvəzinə Azərbaycanı suçlayır. Rus mediası hər gün ölkəmiz haqda təhqiramiz verilişlər, yazılar hazırlayıb yayır.

Rəsmi Bakı Rusiyaya məxsus bir neçə təsisatı qapadıb. “Rus evi” və “Sputnik” kimi strukturların fəaliyyəti də ölkədə məhdudlaşdırılıb. Hansı ki, o təsisatların ölkədə ciddi provokasiyalarla, hətta kəşfiyyat xidməti ilə məşğul olduğuna dair iddialar var. Bu proses Rusiyaya bağlılığı və simpatiyası ilə tanınan şəxslərlə bağlı da yeni vəziyyətin yaranmasına səbəb olub.

Təxminən 10 gün öncə “Day.az” informasiya portalında Rusiya agentura şəbəkəsinə bağlı olduğu deyilən xeyli şəxsin ad-soyadı yayımlandı. Siyahıda yeni adlar vardı. Azər Qasımovun, keçmiş deputat Elşad Birbəşirin isimlərinin də yer aldığı siyahı xeyli maraq doğurdu. Xatırladaq ki, bundan əvvəl yayılan siyahıda sabiq nazirlər Əbülfəs Qarayevin, Elmar Məmmədyarovun, Azad Rəhimovun, administrasiyanın keçmiş rəhbəri Ramiz Mehdiyevin və Nəcməddin Sadıqovun adları çəkilirdi. E.Məmmədyarov, Ə.Qarayev, E.Mirbəşir bu ittihamlara cavab veriblər. Barələrində səsləndirilən fikirləri təkzib ediblər.

İctimaiyyət əsasən iki nəfərin – Ramiz Mehdiyevin və Nəcməddin Sadıqovun personasına daha həssas yanaşır. Onların hələ də Moskvaya bağlı olduğuna dair xalqda şübhələr qalır.

Rusiyaya bağlılığına dair şübhələr olan fiqurlarla bağlı hansı addımlar atıla bilər? Dövlət “daxili təmizləmə” prosesini tam başa çatdırıbmı? Yoxsa hələ də bəzi şəxslər “yarpaq” altında gizlənə bilib?

Həmçinin oxuyun:

Hökumət səs-küylü addıma hazırlaşır – “Bu qurum ləğv edilir, kadr islahatları aparılır, Rusiyaya bağlı şəxslər…”

Globalinfo.az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, Rusiya böyük imperiyadır və onun imperialist maraqları mövcuddur:

Hikmət Babaoğlu

“Hələ də Rusiyadakı bəzi siyasi və hərbi elita nümayəndələri Azərbaycana müstəqil dövlət və xeyirxah qonşu kimi baxa bilmirlər. Son dövrdə baş verən hadisələr də bununla bağlıdır. Azərbaycanlılara qarşı törədilən cinayətlər, hərbi hədəf kimi seçilmək göstərir ki, biz buna qarşı qətiyyətli mövqe sərgiləməliyik. Azərbaycanın gücü, Prezidentimizin iradəsi və qətiyyəti Rusiyanın ölkəmizə qarşı daha aqressiv addımlarının qarşısında möhkəm sipərdir.

İmperiya maraqlarına daxil olan ölkələrdə adətən “Troya atı” mövcud olur. Biz bunu hər zaman görmüş və hiss etmişik. 44 günlük müharibədə mühüm addımlar atılmasaydı, “Troya atı”nın içində gizlənmiş qüvvələr ölkəmizə arxadan zərbə endirə bilərdilər. Belə şəxslər bu gün də mövcuddur. “Rus evi” “Sputnik” və digər media qurumlarına yerləşdirilmiş elementlərin timsalında bunu aydın görürük.

Sözügedən məsələ Azərbaycan xüsusi xidmət orqanlarının diqqət mərkəzindədir və onlar vaxtaşırı mühüm tədbirlər həyata keçirirlər. Lakin bu qüvvələri tamamilə təmizləmək mümkün deyil. Zəif və ya güclü olmasından asılı olmayaraq bütün ölkələrin daxilində belə qruplar hər zaman olub. Hazırda onların güclənməsi, təşkilatlanması və ölkəmizə qarşı təxribat törətmək imkanları kimi ciddi təhlükə mövcud deyil. Əgər belə bir hal baş verərsə, onun qarşısını alacaq əsas sədd Azərbaycan xalqının iradəsi, həmrəyliyi və birliyidir. Bu amil daxildə hər hansı ixtişaşın yaranmasına mane olacaq.”

Safura Bənnayeva
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 12 Avqust 2025 15:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see282

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see274

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see249

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see239

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see216

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see204

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see181

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see180

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see162

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see159

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see154

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

26 Dekabr 2025 16:15see145

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see143

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see142

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see141

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see141

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

26 Dekabr 2025 16:16see139

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see134

Hamilə qadınlar dişlərini müalicə etdirə bilər?

26 Dekabr 2025 06:14see134

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri