Icma.az
close
up
RU
Rusiyanın Azərbaycanlı deputata qarşı davranışı Azərbaycana qarşı atılmış addım kimi qiymətləndirilir

Rusiyanın Azərbaycanlı deputata qarşı davranışı Azərbaycana qarşı atılmış addım kimi qiymətləndirilir

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“İki gün bundan əvvəl Azərbaycan Milli Məclisin deputatı Azər Badamovun Moskvada hava limanında saxlanılaraq onun Rusiyaya girişinə qadağa qoyulduğu, Rusiya üçün arzuolunmaz şəxs hesab olunduğu və geri qaytarılaraq ölkədən deport olunduğu ilə bağlı məlumat aldıq. Bu, diplomatik etiket qaydalarından kənar və Azərbaycan-Rusiya münasibətlərinin bugünkü səviyyəsinə tamamilə zidd olan bir davranışdır”.

Bu barədə Azərbaycan Milli İstiqlal Partiyasının sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu davranış təkcə Azərbaycan deputatına qarşı deyil, bütövlükdə Azərbaycana qarşı hörmətsizlik kimi qiymətləndirilir.

Arzuxan Əlizadə / Foto: amip.az

“Məsələ burasındadır ki, fevral ayında Rusiya Dövlət Dumasının dırnaqarası siyasətçisi olan Valuyev adında deputatı Azərbaycana qarşı tərbiyəsiz fikirləri ilə gündəmə gəlmişdi. O zaman biz gözləyirdik ki, ilk olaraq elə Rusiya Dövlət Dumasının rəhbərliyində olan şəxslər, Dövlət Dumasının nümayəndələri, deputatları, Rusiya rəsmiləri, Rusiya Xarici İşlər Nazirliyinin rəsmiləri, həmin o dırnaqarası siyasətçinin tərbiyəsizliyinin qarşısını alacaqlar. Amma belə olmadı. Nəticə etibarilə Azərbaycan parlamentinin deputatı Azər Badamov ilk olaraq həmin deputatın layiqli cavabını verdi. Ardınca mən də daxil olmaqla bizim bir çox həmkarlarımız bu məsələyə sərt mövqeyimizi bildirdik. Eləcə də bir çox ictimai, siyasi nümayəndələrimiz bu məsələ ilə bağlı sərt mövqe bildirmiş oldular.

Təəssüflər olsun ki, indi Azər Badamova qarşı atılan bu addım həmin verilən cavabla əlaqələndirilir. Bu, birmənalı olaraq Rusiyanın hələ də imperiya təfəkküründən qurtulmadığının növbəti təzahürüdür. Belə çıxır ki, Azərbaycana və Azərbaycan xalqına qarşı onların deputatı və ya hansısa digər nümayəndələri zatulinlər, salavyovlar və digərləri istədikləri hədyanları, yağdıracaqlar, təhqir edəcəklər və biz də dayanıb susmalıyıq cavab verməməliyik. Təbii ki, bu, ola biləcək məsələ deyil. Azərbaycan ona yönəlik hər hansı bir qarşı olan münasibətin cavabını vermək iqtidarındadır. Həm dövlət olaraq, millət olaraq biz dövlətimizə, millətimizə, xalqımıza qarşı atıla biləcək istənilən addımı önləmək iqtidarındayıq və bundan sonra da belə olacaq. Bunu diqqətə almalıdırlar və iki dövlət arasında münasibətlərin normal məcrada olmasını və inkişafını istəyirlərsə, bu cür addımlar atılmamalıdır. Deyilən sözlərlə əməl arasında çox ciddi ziddiyyətin olduğunu və Rusiyanın faktiki olaraq Azərbaycana yönəlik hörmətsizliyini və qeyri-səmimiliyinin bir nümunəsi kimi qəbul edilir”-deyən Arzuxan Əlizadə qeyd edib ki, bu davranış hər kəsin hiddətinə səbəb ola bilən məsələdir.

“Bir daha qeyd edirəm, bu, təkcə bir Azərbaycan deputatına qarşı deyil, bütövlükdə Azərbaycana qarşı atılmış addım kimi qiymətləndirilir. Bundan sonrakı dönəmdə də təbii ki, adekvat cavablar veriləcək və heç bir halda Rusiyadan, istər digər dövlətlərdən Azərbaycana qarşı edilə bilən belə tərbiyəsizlik zamanında layiqli cavabını almış olacaq”-deyə deputat vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 06 May 2025 22:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see178

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see154

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see144

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see144

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see142

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see140

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see136

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri