Rusiyanın ən varlı iş adamlarının sərvəti yenidən artıb
Icma.az bildirir, Banco.az portalına istinadən.
Müəllif:Mehin Qasımova,Banco.az
Rusiyanın ən varlı sahibkarlarının ümumi sərvəti ilin əvvəlindən 22,5 milyard dollar artıb.
Banco.az xəbər verir ki, söhbət Bloomberg Billionaires Index (BBI) reytinqinə daxil olan iş adamlarından gedir.
Ümumilikdə BBI-yə dünyanın 500 ən varlı adamı daxildir, onlardan 22-si rusdur.
Norilsk Nikel şirkətinin sahibi Vladimir Potanin ilin əvvəlindən ən çox qazanıb. Bloomberg-in məlumatına görə, onun sərvəti 31,7 milyard dollardır (üstəlik 3,82 milyard dollar). “Metalloinvest” in səhmdarı Əlişir Usmanov 3,7 milyard dollar zənginləşib və onun kapitalı hazırda 16,9 milyard dollar təşkil edir. “Lukoyl” un ortaq sahibi Vahid Ələkbərov ilin əvvəlindən sərvətini 561 milyon dollar artıraraq 25,9 milyard dollara çatdırıb.
NLMK şirkətinin benefisiarı Vladimir Lisinin sərvəti 1,62 milyard azalaraq 24,2 milyard dollara düşüb.
Bundan əvvəl xəbər verilmişdi ki, ABŞ prezidenti Donald Trampın Ağ Evə qayıtması və Moskva ilə Vaşinqton arasında təmasların bərpası fonunda siyahının Rusiyadan olan ən zəngin üzvü Əlişir Usmanov olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 03 İyun 2025 10:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















