Icma.az
close
up
RU
Rusiyanın etirafında ŞOK detal: Qəza yerinə gülərək gələn üç nəfər kim idi?

Rusiyanın etirafında ŞOK detal: Qəza yerinə gülərək gələn üç nəfər kim idi?

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Dekabrın 25-də Qazaxıstanda qəzaya uğrayan “Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” təyyarəsi ilə bağlı ilkin araşdırmalar zamanı fiziki və kənar müdaxilə izi aşkarlanıb. Təyyarənin Rusiya Hava Hücumundan Müdafiə sistemindən açılan raket atəşinə məruz qaldığına dair açıqlamalar bütün dünyada müzakirələrə səbəb olub.

Hətta göyərtəsində 67 nəfərin olduğu mülki təyyarənin vurulduqdan sonra Rusiya hava limanlarına enişinə icazə verilməməsi, GPS sisteminin bloklanması, Xəzər dənizi üzərindən Aktauya uçuşu üçün göstəriş verilməsi məsələnin ört-basdır edilməsi üçün atılan addım kimi dəyərləndirilir.

Dünya mətbuatının da qeyd etdiyi kimi bu, Rusiyanın vurduğu və mülki şəxslərin ölümü ilə nəticələnən ilk təyyarə qəzası deyil.

Globalinfo.az Rusiyanın səbəb olduğu aviasiya fəlakətlərindən bir neçəsini təqdim edir.

Naməlum “Smolensk” qəzası və AZAL-ın təyyarəsi ilə bağlı bənzərlik

2010-cu ildə Polşa Prezidenti Lex Kaçinski və xanımın olduğu təyyarə Rusiyanın Smolensk vilayətində qəzaya uğrayıb. Hadisə nəticəsində göyərtədə olan ölkənin sabiq prezidenti Riçard Kaçorovski, general Tadeuş Ploski, Polşa ordusunun pravoslav yepiskopu və briqada generalı Miron Çodavski, sabiq müdafiə naziri və Polşa prezidentliyinə keçmiş namizəd Yeji Şmaydzinsk, Baş Qərargah rəisi və bir sıra rəsmi nümayəndələr də olublar. Onların 1944-cü ildə bir qrup polşalı zabitin güllələndiyi kənddə keçirilən anım tədbirinə qatılmaq üçün Smolenskə getdiyi bildirilib.

Qəzadan sonra Rusiyanın tərəfinin açıqlaması isə xüsusi diqqət çəkib. Belə ki, Polşa rəsmilərinin olduğu təyyarənin kapitanının qəzadan əvvəl 3-4 dəfə eniş üçün cəhd göstərdiyi, lakin uğursuz olduğu deyilib.  Smolensk vilayət administrasiyasının mətbuat xidmətindən bildiriblər ki, qəzaya səbəb pis hava şəraiti olub. Pilot buna görə enişi həyata keçirə bilməyib. İddiaya görə, Dispetçer pilotlara 200 kilometr aralıda olan Minsk aeroportuna eniş etməyi məsləhət görsə də, təyyarənin heyəti öz qərarı ilə enişi məhz Smolenskdə etməyə çalışıb.


Smolensk, 2010-cu il, qəza yeri

Maraqlıdır ki, bu açıqlama Rusiya Federal Hava Nəqliyyatı Agentliyi – “Rosaviasya”nın rəhbəri Dmitri Yadrov AZAL-a məxsus təyyarənin Aktauda qəzaya uğraması ilə bağlı ötən gün yaydığı bəyanatı xatırladır. Yadrov Ukrayna PUA-larının hücumu səbəbindən dekabrın 25-də hava limanlarına “Xalça” planının tətbiq edildiyini, həmçinin havanın da dumanlı olduğunu deyib. Onun sözlərinə görə, pis hava şəraitində 500 metr hündürlükdə heç nə görmək mümkün olmayıb. Təyyarənin kapitanı Qroznıya enmək üçün 2-3 dəfə cəhd edib, lakin uğursuz olub. AZAL-ın pilotuna digər hava limanlarına eniş təklif edilib, amma o, Aktauya getmək qərarına gəlib. “Rosaviasya” rəhbərinin sözlərinin 2010-cu ildə baş verən qəza ilə bağlı açıqlamaya bənzərliyi diqqət çəkir.

Lakin Polşa prezidentinin qəzasından sonra “yutub”da bir rus vətəndaşının yaydığı görüntülər bütün dünyada rezonans doğurub. Belə ki, qəzadan sonra hadisə yerində olan bir vətəndaş telefonla ərazidəki görüntüləri gizlincə qeydə alıb. Videoda üç nəfər naməlum şəxsin gülərək təyyarənin qalıqları arasında gəzişdiyi müəyyən olunub. Onlar yerdə yatan və yardım üçün əlini uzadan, pilot olduğu güman edilən şəxsə yaxınlaşıblar. Daha sonra atəş səsləri eşidilib və həmin şəxslər gediblər. Görüntüləri yayan şəxs bir müddət sonra kürəyindən bıçaqlanıb, daha sonra xəstəxanada oksigen balonu söndürüldüyü üçün ölüb.

Malaziya təyyarəsinin vurulması və Rusiyanın mövqeyi

2014-cü ildə Rusiya və Ukrayna arasında gərginliyin pik həddə olduğu zaman Malayziya hava yollarına aid MH17 təyyarəsi Amsterdamdan Kuala Lumpura uçarkən Ukraynanın Donetsk vilayəti üzərində vurulub. Nəticədə göyərtədə olan 283 sərnişin və 15 nəfərlik ekipaj üzvü həlak olub. Həyatını itirənlərdən 196 nəfəri Hollandiya vətəndaşı olub.Məlumata görə, həmin vaxt dünyada bir çox aviaşirkət bu yoldan istifadə etməməyə üstünlük veriblər. Lakin “Malayziya Hava Yolları” şirkətinin Boeing 777 təyyarəsi yanacağa və məsafəyə qənaət etmək məqsədilə Ukrayna hava məkanından istifadə edib.


Malaziyaya məxsus MH17 təyyarəsinin qəza yeri, 2014-cü il

O zaman Rusiya təyyarənin vurulmasında Ukraynanı günahlandırıb. Lakin araşdırmalar zamanı atəşin Rusiyaya məxsus yer-hava raketindən açıldığı ortaya çıxıb. Bu raketlərin məhz Moskva tərəfindən Ukraynadakı separatçı birliklərə verildiyi, Donbasda döyüşlərdə onları dəstəklədiyi müəyyənləşib. 2022-ci ildə Hollandiya məhkəməsi məsələdə əli olan üç nəfəri cinayətdə günahkar bilib. Rusiya Prezidenti Vladimir Putin 2023-cü ildə sözügedən raketin separatçılara verilməsini şəxsən təsdiqlədiyini etiraf edib.

Bu məqamda “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin də təyyarə qəzasında həlak olması yada düşür. 2023-cü ilin iyul ayında qruplaşmanı Moskvaya istiqamətləndirən və Rusiyanın müdafiə naziri və Baş Qərargah rəisi hədəfə alan, orduda vəziyyətin pis olduğunu deyərək Kremlə qarşı çıxan Priqojinin qısa müddət sonra – avqustda öldürülməsi xüsusi diqqət çəkmişdi. Onun olduğu təyyarənin Tver vilayətində qəzaya uğradığı, nəticədə “Vaqner” rəhbərinin həlak olduğu bildirildi. Lakin dünya mətbuatı və bir çox mütəxəssislər təyyarənin Rusiya prezidentinin əmri ilə vurulduğuna dair müxtəlif iddialar irəli sürdü.

Ayşən Mustafa
Globalinfo.az 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 28 Dekabr 2024 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see387

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see224

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see201

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see188

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see177

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see152

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see147

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see142

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see141

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see141

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see140

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see134

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see132

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see130

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see130

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see130

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see130

Real n keçmiş futbolçusunun sevgilisi döyüldü

05 Yanvar 2026 01:23see126

Tramp: Venesuela əməliyyatı Çinlə münasibətləri pisləşdirməyəcək

05 Yanvar 2026 09:58see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri