Icma.az
close
up
RU
Rusiyanın müttəfiqliyə zidd addımları: Yaxud baltanı “öz ayağına vuranlar

Rusiyanın müttəfiqliyə zidd addımları: Yaxud baltanı “öz ayağına vuranlar

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Rusiya rəsmiləri tərəfindən Azərbaycana qarşı böhtan və siyasi şantaj xarakterli açıqlamaların sayı artır. 

Dekabrın 25-də Azərbaycan Hava Yollarına  məxsus “Embraer-190” sərnişin təyyarəsinin Qroznı şəhərinin səmasında vurularaq qəzaya uğramasından sonra Rusiyanın siyasi dairələri etik normaları aşan davranış nümayiş etdirir. Rusiya tərəfi 38 nəfər dinc insanın ölümünə səbəb olan günahını nəinki etiraf etmir, əksinə Azərbaycana qarşı hədyan dolu mesajlar ünvanlayır. Növbəti belə təxribat Rusiya Prezidenti Vladimir Putinin yanında İnsan Hüquqlarının Müdafiə Şurasının üzvü Yeva Merkaçyova tərəfindən səsləndirilib. 

O, Ermənistanın Baş naziri Nikol Paşinyanı Ruben Vardanyanın müdafiəsində daha fəal olmağa çağırıb. Yeva Merkaçyova bildirib ki, Ermənistanda humanitar fəaliyyətlərdə Vardanyanın xüsusi töhfəsi olub, onu müharibədə iştirak etmiş digərləri ilə müqayisə etmək olmaz və o, “Artsax”a münaqişənin kəskin mərhələsi bitəndən sonra gedib.

Göründüyü kimi, Kremlin nümayəndəsi hazırda məhkəməsi gedən, hərbi cinayətlərdə ittiham olunan Ruben Vardanyanın müdafiəsinə qalxmaqla Azərbaycanı təhdid edir.

2023-cü ilin sentyabr ayında Azərbaycan Ordusu tərəfindən keçirilən antiterror əməliyyatından dərhal sonra həbs edilən Ruben Vardanyanı bir dəfə də olsun yada salmayan Merkaçyovanın indi fəallaşması təsadüfi deyil. Halbuki, həmin vaxt rəsmi Moskva vətəndaşlığı keçmiş olsa da, çirkli biznesi hələ də Rusiyada olan milyarder Vardanyanın həbsinə səssiz yanaşdı. 

Amma Azərbaycan dövləti Rusiya Hava Hücumundan Müdafiə Qüvvələrinin günahı ucbatından mülki təyyarəyə atəş açanların cəzalandırılmasını tələb edən kimi Vardanya yada düşüb. Merkaçyovanın Qarabağdakı keçmiş terrorçu rejimə dəstəyini ifadə etməsi  təyyarə qəzasının səbəblərinin obyektiv şəkildə açıqlanmasını  tələb edən Azərbaycanı siyasi cəhətdən şantaj cəhdidir. 

Əslində, Merkaçyova düşünülməmiş bəyanatı ilə baltanı Rusiyanın “ayağı”na vurub. Çünki bu gün Rusiyanın Cənubi Qafqazda mövcudluğu Azərbaycanla münasibətlərdən daha çox asılıdır. Regionun iki ölkəsindən fərqli olaraq, Azərbaycan Rusiyanın maraqlarına toxunmur. Gürcüstanın Qərblə münasibətlərində ziddiyyətlər yaranmasına baxmayaraq, Rusiya ilə də siyasi yaxınlaşma hələ reallaşmayıb. 

Nikol Paşinyan hakimiyyəti Ermənistanı mərhələli şəkildə Rusiyadan uzaqlaşdıraraq Qərbə yaxınlaşdırır. Hətta Rusiya ilə düşmən münasibətdə olan ABŞ-nin və Avropa İttifaqının hərbçilərini bölgəyə gətirir. Azərbaycan neytral xarici siyasət  kursu yürütməklə  həm Rusiya, həm də Qərblə münasibətlərdə siyasi balansı qoruyub saxlayır. Avropa bazarlarına çıxışı bloklanmış Rusiyanın bu gün Cənubi Asiya bazarlarına çıxışı Azərbaycan üzərindən mümkündür. Belə olan vəziyyətdə Merkaçyova kimilərinin açıqlamaları Rusiyanı Cənubi Qafqazdan tamamilə təcrid edə bilər. 

Merkaçyova və ya digər Rusiya rəsmilərinin təxribatları 2022-ci ildə Azərbaycanla Rusiya arasında imzalanmış Müttəfiqlik Münasibətləri haqqında Sazişə ziddir. Son illər Rusiya tərəfindən Azərbaycana qarşı belə qanunsuz hərəkətlər çox olub. Yalnız Vardanyanın deyil, Rusiya sülhməramlılarının da Qarabağdakı qeyri-qanuni erməni silahlı birləşmələrini silahlandırmasını Azərbaycan xalqı unutmayıb. Ona görə də Rusiya siyasətçilərinin bu gün Azərbaycandan Müttəfiqlik Sazişinin icrasını tələb etməyə mənəvi haqqı çatmır. 

Bu sənədi pozan bir tərəf varsa, o da elə Rusiyanın özüdür. Öz davranışı ilə Rusiya Azərbaycanın deyil, Vardanyanın Paşinyanın müttəfiqi olduğunu nümayiş etdirir. İnsan hüquqlarının “müdafiəçisi” Merkaçyovanı isə həqiqətən günahsız insanların taleyi düşünsəydi, sərnişin təyyarəsinə atəş açanların cəzalandırılmasını tələb edərdi. 

Müşfiq Abdulla
"Cebheinfo.az" 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 31 Yanvar 2025 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see131

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see129

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri