Icma.az
close
up
RU
Rusiyanın Qafqazda təhlükəli oyunu: 6000 il yaşı olan qədim Ermənistan, Urartu krallığı”

Rusiyanın Qafqazda təhlükəli oyunu: 6000 il yaşı olan qədim Ermənistan, Urartu krallığı”

Icma.az, Adelet.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ötən gün Rusiyaya məxsus “Русская семерка” saytının Rusiyanın Qafqazda erməniləri qədimləşdirmək cəhdinə yaxından dəstək göstərdiyini, “ 6000 il yaşı olan qədim Ermənistan, Erməni-Urartu krallığı” adı altında silsilə yazıları yazaraq bu yalanı təbliğ etməklə məşğuldur.


Əslində təəccüblənmədik. Çünki, adı nə olmasından asılı olmayaraq: istər Çar Rusiyası, istər sovet höküməti, istər federativ respublika və s. bütün dönəmlərdə hayların Qafqazda bərqərar olmasını mütəşəkkilliklə davam etdirmişdi. Çünki, hazırda Qərbi Azərbaycan ərazilərində Ermənistan dövlətini yaradan da Rusiya olub, İrandan , Türkiyədən, Livandan, Mesepotomiya və diğər bölgələrdən hayları yığıb Qafqaza köçürən də Rusiya olub. Deməli, onların Qafqazda bərqərar olmasına da yaxından dəstək olacaqlar.
Haylar Qafqazda bərqərar oldular . 1828-ci ildən etibarən Rusiyanın dəstəyinə arxalanıb torpaq sahiblərini- azərbaycanlıları sıxışdırmağa, onları aşağılayaraq öldürməyə, kütləvi şəkildə məhv etməyə başladılar. Rusiya bayrağı, rus himayəsi altında bunu rahatlıqla etdilər. 3 dəfə azərbaycanlıların deportasiyasını həyata keçirdilər. Qırğınlar, soyqırım və faciələr yaratdılar ki, buna da Rusiyanın türkə qarşı nifrəti və Qafqazda türkləri azaltmaq ideyası kömək oldu.
Bəli, hazırda Rusiyanın planına uyğun olaraq Qafqazda artıq 104 ildir Ermənistan dövləti var və Rusiyanı onun müəllifidir. İndi isə Rusiya çalışır ki, Hayastanı “yerli xalqların – ermənilərin” qədim dövləti kimi dünyaya tanıtsın. Bu fikrə isə Türkiyə Qafqaza ayaq açandan düşüb.
Artıq 3-4 ildir ki, köçəri olaraq yerləşmiş ermənilərin kökünün Qafqazda 6000 il əvvəldən olduğunu dünyaya təbliğ etməyə başlayıblar.
Hələ 2019-cu ildə Rusiya Prezidentinin beynəlxalq mədəniyyət əməkdaşlığı üzrə xüsusi nümayəndəsi Mixail Şvıdko məlumat yaydı ki, Rusiyanın Puşkin adına muzeyi və Ermənistan Tarixi Muzeyi Urartuya həsr olunan sərgi hazırlanmasıyla bağlı danışıqlar aparır. 2023-cü ilin noyabrında A.S. Puşkin adına Moskva Dövlət İncəsənət Muzeyində “Urartu Krallığı-Qədim Ermənistanın irsi” adlı sərgi açıldı və bu sərgi 2024-cü ilin yanvar ayının 28-dək davam etdi.
Hətta ermənilər rusların bu dəstəyindən o qədər həvəsləndilər ki, "Urartu. "Unudulmuş Krallıq” filminin çəkilişlərinə start verdilər. Filmin premyerası 2023-cü ilin fevralın 8-də baş tutdu. Erməni mediasının yazdığına görə, filmin çəkilişlərinin beş illik tarixi var. Yəni, film ilk dəfə Moskvada nümayiş etdirildi, lakin 2018-ci ildə baş verən hadisələr (İnqilab, üsyan, Paşinyanın baş nazir seçilməsi ilə bağlı nümayiş və xaos-red- Ə.R) filmin Ermənistanda nümayişini təxirə saldı.
"Urartu. "Unudulmuş Krallıq" eramızdan əvvəl hekayəni izah edən sənədli filmdir. IX-VI əsrlərdə - təxminən e.ə. . 590-cı ildə mövcud olmuş Van və ya Urartu krallığı haqqında, Aramdan başlayaraq erməni padşahlarının bu səltənəti necə yaratması, onu qurması, bu dövrdə Assuriyaya qarşı vuruşması, Assur padşahlarının basqınlarına müqavimət göstərməklə ermənilərin tarixən “necə qəhhhhrəman” bir xalq olduğunu göstərməyə çalışır. Filmi videodan izlərkən, Qafqaza 1828-ci ildə köçürüldüklərini unudan hayların xəyal məhsulu olan bu film gülüş doğurur.
Əslində isə Urartu 1828-ci ildən başlayaraq Rusiyanın Azərbaycanın əbədi və əzəli torpaqları eyni zamanda Qərbi Asiyada, Ermənistan yaylasının (indiki Ermənistan, Türkiyənin şərqi, İranın şimal-qərbi və Azərbaycanın Naxçıvan Muxtar Respublikası) ərazisində yerləşən qədim dövlət olub. E.ə. I minilliyin birinci rübündə Qərbi Asiya dövlətləri arasında dominant (“hakim, üstünlük edən” –red-Ə.R) mövqe tutub.
Assurlar bu ölkəni Urartu,urartular isə öz ölkəsini Biaynili adlandırdılar.Urartu Şərqi Anadoluda(Türkiyə) Van gölü yanında meydana gəlmiş dövlət idi.E.ə XIII-X əsrlərdə gələcək Urartu ərazisində tayfa ittifaqları yaranmışdı.Şərqi Anadoluda, Van Gölü ətrafında, Cənubi Qafqaz və Şimal-Qərbi İranın bəzi bölgələrini əhatə edən geniş bir coğrafi ərazidə mədəniyyətin təmsilçiləri olan Urartular, e.ə 13-cü əsrdən bəri Aşşur mənbələrində xatırlanır. Aşşur kralı I Salmanasar səltənətinin ilk dövrlərində Uruatri ölkəsinin ona qarşı çıxdığını və bu ölkəyə yürüş etdiyini belə anladmışdır : -“Himme, Uadkun, Barqun Salua, Halila, Luha, Nilipahri, Zinqun - bu səkkiz ölkəni öz gücümlə tutdum. Onların 51 şəhərini ələ keçirdim və məhv etdim. Onların malını qənimət kimi götürdüm. Üç gündə bütün Uruadri ölkəsini əfəndim Aşşurun ayaqları altına atdım ...
Tarixçi alimlər bildirir ki, gürcü mütəfəkkiri İ.Q. Çavçavadze Urartunu erməni dövləti kimi təqdim edənlərə “fəryad edən daşların” dili ilə etiraz edir. O, Q. Qolmstremə istinadən bildirir ki, Dəclə və Fərat çaylarının yuxarılarında, Van, Urmiya, Göyçə gölləri ətrafında çoxsaylı tayfa yaşamış, e.ə. X – IX əsrlərə aid Assuriya mənbələrində “nairi” adlandırılan bu tayfalar, e.ə. IX əsrdə bir dövlətdə, Urartu dövlətində birləşdilər. Mərkəz kimi əvvəlcə İrəvan çökəkliyini seçən, sonradan isə strateji amillər nəzərə alınaraq onu Van gölü ətrafına köçürən urartulular öz mədəniyyətlərini assur-babillərdən əxz etmişdilər. Assur kitabələri Urartu mədəniyyəti, burada şəhərlərin və sarayların meydana gəlməsi, kanallarıт çəkilməsi və s. haqqında məlumat verir, lakin bu kitabələr ermənilərin mənşəyini urartulular ilə bağlamaq üçün əsas ola bilməz. Bundan başqa, İ.Q. Çavçavadze fransız alimi Lenorman və ingilis alimi Raulinsin tərəfindən müdafiə olunan maraqlı bir fikrə də istinad edir: urartu dili və mixi yazılar ermənilərə deyil, alarodilərə aiddir, “nə bu dil, nə xalq erməni dili və xalqı ilə heç bir qohumluğa malik deyil”.
Tarix elmləri namizədi, dosent, Çeçenistan Dövlət Universitetinin Tarix fakültəsinin dekan müavini Hacı Xizriyevin sözlərinə görə, Urartu dövlətinin ermənilərlə heç bir əlaqəsi yoxdur:
“Bunu tarixi tədqiqatlar da təsdiq edir. Urartu – inquşlar və çeçenlərin əcdadlarıdır. Bu erməni mifi artıq alimlər tərəfindən ifşa edilib. Bütün bunlar isə erməni tarixindəki digər – böyük daşqından sonra ailəsi ilə birlikdə Ararat dağlarında qalan və sonradan Babilə gedən Nuhun oğlu Yafət barədə ermənilərin nağıllarının uydurma olduğunu sübut edir”.

Araşdırmaçı alimlər bildirir ki, e.ə. V əsrdə yaşamış yunan tarixçisi Herodot “Tarix” əsərində ermənilərin friqlərlə birlikdə Trakyadan Kiçik Asiyaya köçdüklərini yazıb. 1872-1877-ci illərdə isə tanınmış alman dilçisi Andreas Devid Mordmann Urartu dilinin erməni dili ilə qohumluq əlaqəsinin olmadığını sübut edib.
Bundan başqa tarixçilərin sözlərinə görə, erməni dili Hind-Avropa dil ailəsinə aiddir. Urartu dili isə Ön Asiyanın qədim dillərindən olan Hurri dilinin bir qolu olub, Hind-Avropa dil ailəsinə daxil deyil. Fritz Hommel, Albrext Qotze, İqor Mixayloviç Dyakonov kimi tanınmış tədqiqatçılar Urartu dilini Qafqaz dil ailəsinin Nax-Dağıstan qrupuna daxil olduğunu qeyd ediblər.
Belə olan surətdə niyə Rusiya erməniləri Qafqazın “ən qədim xalqı” etmək üçün dərin çalışmalara baş vurub?
Qafqazda növbəti fəlakətlərə yol açmaq planlarında 1813-1828-ci ildə Qərbi Azərbaycana köçürdüyü köçəri hay tayfalarından “ etibarlı çomaq” kimi istifadənin müddətini uzatmaq üçünmü?


Türkə nifrət?Azərbaycana nifrət?


Əntiqə Rəşid

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://adalet.az
archiveBu xəbər 07 Yanvar 2025 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see198

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see151

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see141

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see140

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see133

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see132

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see132

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see129

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see129

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see128

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see128

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see128

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see128

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see121

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri