Icma.az
close
up
RU
Rusiyanın təzyiqi və İran faktoru nəzərə alındıqda, Ermənistan istədiyi xarici gücləri bölgəyə gətirə bilməz

Rusiyanın təzyiqi və İran faktoru nəzərə alındıqda, Ermənistan istədiyi xarici gücləri bölgəyə gətirə bilməz

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

“Baydenin prezidentliyi dövründə ABŞ-ın “erməni işi”nə dəstəyi pik həddə çataraq 2023-ci ildə Konqresdə keçmiş qondarma rejimin müstəqilliyinin tanınmasına çağırış edən qətnamənin təqdim olunması (qəbul olunmasa belə), 14 yanvar 2025-ci il tarixində isə ABŞ-la Ermənistan arasında strateji tərəfdaşlıq sazişinin imzalanması ilə yadda qaldı. Bu dəstəyin Tramp hakimiyyəti dövründə davam edib-etməyəcəyi ciddi sual doğurur”.

Bu barədə Bizimyol.info xəbər portalına Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi Şəhla Cəlilzadə açıqlamasında bildirib ki, cənab Prezident İlham Əliyev Trampın ikinci Prezidentliyi dövründə ABŞ-Azərbaycan münasibətlərinin inkişafına böyük ümid bəsləyir və onun seçki öncəsi ritorikasını qələbə üçün, erməni seçicilərinin səsini qazanmaq üçün hesablanmış taktika hesab edir.

Şəhla Cəlilzadə

Politoloqun fikrincə, Tramp dövründə münasibətlərdə müsbət trendə geri dönmək siyasi inisiativlər tələb edəcək: “Məsələn, Tramp bu günlərdə Marko Rubionu Entoni Blinkenin yerinə dövlət katibi təyin etdi. Maraqlıdır ki, Rubionun ABŞ dövlət katibi təyin olunması ANCA (ABŞ Erməni Milli Komitəsi) tərəfindən alqışla qarşılanıb. Onu yeni vəzifəsinə görə ilk təbrik edənlərdən biri də Ermənistan XİN Ararat Mirzoyandır. Onun 2022-ci ildə Laçın yolundakı ekoaksiya zamanı “Artsaxı” (red.- Qarabağı) xilas edin” çağırışını nəzərə alaraq qarşıdakı dövrdə ABŞ dövlət katibinin Ermənistana və ümumilikdə ermənilərə, o cümlədən Azərbaycana münasibətdə hansı mövqeyi tutacağını anlamaq olar. 2023-cü ildə ABŞ Konqresinə təqdim olunan, guya “Qarabağın blokadası”na görə Azərbaycana və ölkə Prezidentinə qarşı sanksiya tətbiqini nəzərdə tutan qanun layihəsinin müəlliflərindən biri də o idi”.

Şəhla Cəlilzadə qeyd edib ki, Vətən müharibəsindən ötən dövrdə qlobal erməni şəbəkəsinin ABŞ Konqresi və Dövlət Departamentində təbliğat işləri maksimum artıb. Məsələn, ANCA “Erməni İşi” üzrə xidmətlərinə görə keçmiş senator Marko Rubionu 2020-ci ildə “B-“ dərəcəsi ilə qiymətləndirmişdisə, o, 2022-ci ildə “A+” olub, hazırda isə “B+” dərəcəsinə malikdir. Yəni, “Erməni işi”nə ən yaxşı xidmət edən ABŞ senatorlarından biri artıq dövlət katibidir. Bununla yanaşı ehtimal olunur ki, ABŞ Ermənistanın çoxtərəfli oyunlarını tezliklə anlayacaq və öz milli maraqlarından çıxış etməklə Azərbaycanla münasibətlərin balanslaşdırılmasına gedəcək.

Politoloq vurğulayıb ki, Trampın İranla bağlı sərt siyasətə geri dönəcəyinə dair gözləntilər fonunda Ermənistanın İranla hərbi-siyasi münasibətlərini dərinləşdirməsi, həmçinin Mirzoyanın Rusiya XİN Lavrovla görüşündə verilən bəyanatlar Ermənistanın regional əməkdaşlıq platformasından real və faktiki uzaqlaşa bilməyəcəyini sübut edir.

“Mirzoyan Rusiya ictimaiyyəti qarşısında nəinki ABŞ-la strateji tərəfdaşlıq siyasətinə keçid etdiyini deyə bilmədi, hətta Avrointeqrasiya ilə bağlı sualı da cavablandıra bilmədi. Lavrov isə öz növbəsində Ermənistanı qardaş dövlət və təbii strateji müttəfiq adlandırdı. İki ölkə arasında ticarətin ötən bir ildə iki dəfə artaraq 12 milyard dollar olduğunu qeyd etdi. Bütün bunlar göstərir ki, Rusiyanın təzyiqi və İranla münasibətlər fonunda Ermənistan, bölgəyə xarici gücləri dartıb gətirə bilməz və buna görə ABŞ da öz növbəsində regional balansda öz mövqeyini qoruya bilmək üçün Azərbaycanla münasibətlərin bərpasına yönəlməli olacaq. Bu münasibətlər qarşılıqlı maraqların təmin olunması kontekstində inkişaf edə bilər”-deyə Şəhla Cəlilzadə əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:121
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 22 Yanvar 2025 16:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see272

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see254

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see240

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see192

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see177

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri