Rusiyanın Ukraynanın Sumı vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı artıb YENİLƏNİB
Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ötən gecə Rusiyanın Ukraynanın Sumı vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.
APA-nın “unian”a istinadən xəbərinə görə, bu barədə ölkənin Baş Prokurorunun Ofisindən məlumat verilib.
Bildirilib ki, son olaraq dağıntılar altından 4 meyit çıxarılıb.
10:39
Rusiyanın ötən gecə Ukraynanın Sumı vilayətinə aviazərbələri nəticəsində yaralıların sayı biri azyaşlı olmaqla, 9 nəfərə çatıb.
APA-nın xəbərinə görə, bu barədə məlumatı UNIAN yayıb.
Bildirilib ki, səhər saatlarında dağıntılar altından iki nəfərin meyiti çıxarılıb. Ümumilikdə isə 118 nəfər təxliyə olunub.
Axtarışlara kinoloji briqadalar cəlb olunub, eyni zamanda xilasedicilər ərazidə psixoloqların da çalışdığı müvəqqəti qərargah təşkil edib.
Qeyd edək ki, Rusiya hərbi aviasiyasının zərbələri nəticəsində 10 mərtəbəli yaşayış binasında 9 mənzil, eləcə də 12 mənzilin eyvanı yararsız hala düşüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 30 Yanvar 2025 17:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















