Icma.az
close
up
RU
Rusiyaya gedənlərin diqqətinə: Vətəndaşlıq siyasəti dəyişir

Rusiyaya gedənlərin diqqətinə: Vətəndaşlıq siyasəti dəyişir

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Rusiyada əcnəbilərə verilən vətəndaşlıqların sayı 2025-ci ilin ilk doqquz ayında nəzərəçarpacaq dərəcədə azalıb. 

"Cebheinfo.az" xəbər verir ki, Daxili İşlər Nazirliyinin məlumatlarına istinadən yaydığı məlumata görə, bu dövrdə cəmi 110 min 800 nəfər Rusiya vətəndaşlığı alıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 30 faiz azalma deməkdir. 

Azalmanın əsas səbəbləri kimi miqrasiya qanunvericiliyinin sərtləşdirilməsi və əvvəlki illərdə yeni regionlardan gələn şəxslərin kütləvi şəkildə vətəndaşlığa qəbul edilməsi göstərilir. Vətəndaşlıq alanların böyük hissəsini Orta Asiya və yaxın ətraf ölkələrdən olan şəxslər təşkil edir. 

Rusiya pasportu alanlar arasında ən çox Tacikistan, Qazaxıstan, Ukrayna, Ermənistan və Özbəkistan vətəndaşları ön plana çıxıb. Bununla yanaşı, bəzi Qərb ölkələrindən olan şəxslərin də istisnai hallarda Rusiya vətəndaşlığı aldığı müşahidə olunur. Eyni dövrdə səlahiyyətli qurumlar qanun pozuntuları və təhlükəsizlik səbəbləri ilə 1300-dən çox şəxs barəsində vətəndaşlıqdan çıxarılma qərarı verib. Rəsmi qurumlar vətəndaşlıq sayındakı azalmanı şüurlu siyasət dəyişikliyi kimi qiymətləndirirlər. 

Son dövrlərdə həm müvəqqəti yaşama icazəsi, həm də daimi yaşayış tələbləri xeyli sərtləşdirilib. Nikah yolu ilə edilən müraciətlər üçün daha uzun müddət və daha ciddi yoxlamalar tətbiq olunub. İzvestiyanın iddiasına görə, dövlət sürətli və kütləvi vətəndaşlığa qəbul əvəzinə təhlükəsizlik, ictimai uyğunlaşma və sədaqət meyarlarını ön plana çıxaran daha seçici yanaşma tətbiq edir. 

Bununla belə, Rusiyanın xarici işçi qüvvəsinə olan tələbatı davam edir. 2025-ci ilin ilk doqquz ayında MDB ölkələri vətəndaşlarına verilən əmək patentlərinin sayı 32 faiz artaraq 2 milyona yaxınlaşıb, viza ilə ölkəyə gələn əcnəbilərə verilən iş icazələri isə 52 faiz artıb. İnsan resursları və miqrasiya üzrə mütəxəssislərin fikrincə, bu mənzərə Rusiyanın əcnəbiləri daimi vətəndaşlar kimi deyil, daha çox müvəqqəti və nəzarət olunan işçi qüvvəsi mənbəyi kimi gördüyünü və miqrasiya siyasətində “vətəndaşlıqdan çox məşğulluğun nəzarəti” modelinə yönəldiyini göstərir. 

Nigar Hacılı 
"Cebheinfo.az"

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 17 Dekabr 2025 14:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see286

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see280

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see277

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see249

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see241

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see231

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see196

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see195

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see185

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see173

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see152

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see151

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see148

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see146

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see145

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see142

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri