Icma.az
close
up
RU
Rusiyaya pomidor sata bilməsək...

Rusiyaya pomidor sata bilməsək...

Icma.az xəbər verir, News24 saytına əsaslanaraq.

Ekspert: “Azərbaycan pomidorunun yerini nə dad, nə davamlılıq baxımından heç bir məhsul doldura bilmir”

Azərbaycan pomidoru yenə də Moskva-Bakı münasibətlərinin barometrinə çevrilib. Rusiya Azərbaycanın kənd təsərrüfatı məhsullarına qarşı növbəti dəfə “fitosanitar zərbə” endirib. Krasnodar diyarında fəaliyyət göstərən Baytarlıq və Fitosanitar Nəzarət Xidmətinin əməkdaşları Azərbaycandan gətirilmiş 18 ton şaftalı və nektarini məhv etdiklərini açıqlayıblar. Qurumun iddiasına görə, məhsulda “Qərb çiçək tripsləri” adlı zərərverici aşkarlanıb. Daha sonra isə 15 ton pomidorda “Cənubi Amerika mina güvəsi” tapılıb və həmin məhsullar da dərhal məhv edilib.

Rusiyanın Azərbaycan məhsullarını sıradan çıxarmaq üçün göstərdiyi əsaslardan biri də guya aşkar edilmiş zərərvericilərdir. Amma diqqət çəkən məqam onların adlarıdır: “Qərb çiçək tripsi”, “Cənubi Amerika mina güvəsi”. Məhz Qərb və Amerika mənşəli təhlükələrdən bəhs olunması təsadüfdür? Aydındır ki, bu, sadəcə biologiya terminləri deyil. Bu adların özü bir ideoloji mesaj mahiyyəti daşıyır.  Rusiya ictimai rəyində illərdir formalaşan “Qərbdən gələn hər şey təhlükəlidir” ritorikası artıq kənd təsərrüfatına da sirayət edib. Azərbaycan meyvəsi, tərəvəzi, sadəcə, məhsul kimi yox, geopolitik simvol kimi etiketlənir. Bioloji izahatın arxasında siyasi altqat açıq-aydın hiss olunur. Belə olan halda, zərərverici həşəratlar da diplomatik münasibətlər qədər kodlu danışır.

İllərdir Azərbaycandan Rusiyaya tonlarla pomidor göndərilirdi. Amma indi görünən odur ki, tonlarla pomidor siyasətin daşına tuş gəlib. Hər dəfə diplomatik münasibətlərdə soyuqluq yarananda, ilk zərbəni pomidor alır. Sərhəddə günlərlə saxlanılan məhsullar, “güvə” bəhanəsi, dərhal məhv edilən tonlarla ərzaq ssenarisi artıq tanışdır. Əgər pomidor siyasətin göstəricisinə çevrilibsə, bu siyasət dəyişməlidir. Azərbaycan bu məsələdə həm iqtisadi möhkəmlik, həm də diplomatik ağıl nümayiş etdirməlidir. Əks halda, hər dəfə sərhəddə pomidorlar yox, millətin əziyyəti və gəliri məhv olacaq. Rusiya hər dəfə Azərbaycandan bəzi meyvə və tərəvəzlərin idxalına qadağa qoyacaq.

Bu, iqtisadi tədbir kimi göstərilsə də, əslində diplomatik jest, yəni siyasi narazılığın “kənd təsərrüfatı dili”ndə ifadəsi kimi dəyərləndirilir. Xüsusilə də son günlərdə Yekaterinburq hadisələri, Azərbaycanın sərt ritorikası və ardınca Rusiya tərəfinin “səssiz reaksiyası” fonunda...

Pomidorla danışan diplomatiya haqda Rusiya mediası  yazır ki, bu addımlar Azərbaycan üçün 1,2 milyard dollar həcmində ixrac itkisinə səbəb ola bilər. Bəs bu rəqəm realdırmı?

Xalid Kərimli: “ƏDV-nin geri qaytarılması tikinti sektorunun  şəffaflaşdırılmasını genişləndirir”

İqtisadçı ekspert Xalid Kərimli “Yeni Müsavat”a deyib ki, bu rəqəm illik ziyanı deyil, orta və uzunmüddətli dövrdə mümkün itkiləri əks etdirir: “Dövlət Gömrük Komitəsinin rəsmi statistikasına əsasən, Azərbaycan ildə 150-200 milyon dollar dəyərində pomidor, 300-350 milyon dollar dəyərində isə meyvə (alma, xurma, şaftalı, nektarin və s.) ixrac edir. Bu məhsulların 95-98 faizi məhz Rusiya bazarına yönəldilir. Əgər sanksiyalar 3-4 il davam edərsə və Azərbaycan alternativ bazarlar tapa bilməzsə, ümumi zərərin 1 milyard dollardan çox olması real ehtimaldır”.

Ekspertin sözlərinə görə, fitosanitar bəhanə ilə ticarətin bloklanması Rusiya diplomatiyasının klassik metodudur. Bu, yalnız Azərbaycanla deyil, digər MDB ölkələri ilə də baş verib. Lakin budəfəki hadisə həm zamanlamasına, həm də kəskinliyinə görə fərqlənir: “Bu, klassik "yumşaq təzyiq" metodudur. Rəsmi Moskva narazıdırsa, qəzəbini Azərbaycan pomidorunun üzərində göstərir. Və bu narazılığın əsasında həm siyasi, həm də geosiyasi amillər dayanır". 

Bəs Azərbaycan pomidorundan imtina olunarsa, ruslar nə yeyəcək?

Xalid Kərimli bu sualın cavabını da verir. Onun sözlərinə görə, Azərbaycan pomidoru Rusiya bazarında keyfiyyət və dad baxımından dominantdır: “Türkiyə pomidoru bahalıdır və məhdud mövsümdə mövcuddur. İran pomidoru ucuzdur, lakin keyfiyyət və görünüş baxımından Azərbaycan məhsulundan geri qalır. Özbəkistan və Tacikistan məhsulları isə logistik baxımından uzaqdır və davamlılıq zəifdir. Rusiyadaxili istehsal isə yalnız 2-3 ay açıq sahədə mövcuddur, istixana pomidoru isə həm bahadır, həm də dadı "plastikdir"".

Ekspert bildirir ki, əgər Kreml bu siyasətə davam edərsə, əslində əsas zərəri rus alıcılar çəkəcək:  “Supermarketlərdə qiymət artacaq, keyfiyyət aşağı düşəcək. Çünki Azərbaycan pomidorunun yerini nə dad, nə davamlılıq, nə də həcm baxımından heç bir məhsul doldura bilmir”. 

İqtisadçı ekspert bildirir ki, bu böhrandan çıxış yolu sadədir: "Planlaşdırılmış, strateji yanaşma ortaya qoyulmalı, yeni ixrac bazarlarının tapılmalıdır. Körfəz ölkələri, Orta Asiya, Cənubi Asiya, xüsusilə Hindistan və  Pakistan istiqamətləri araşdırılmalıdır. Logistika və infrastrukturun gücləndirilməsi vacibdir. Soyuducu anbarlar, keyfiyyətli daşınma sistemləri qurulmalı, məhsulların uzaq bazarlara da çatdırılması təmin olunmalıdır. Fitosanitar nəzarətin gücləndirilməsi və beynəlxalq sertifikatlaşdırma işləri də inkişaf etdirilməlidir. Məhsulların keyfiyyəti və təhlükəsizliyi beynəlxalq standartlara uyğun sertifikatlarla təmin olunmalıdır. Fermerlərə və ixracatçılara dövlət dəstəyi real olmalıdır. Güzəştli kreditlər, ixrac subsidiyaları, vergi tətilləri və bazar tənzimləməsi vasitələri ilə sektorda panikanın qarşısı alınmalıdır".

 Xalid Kərimlinin fikrincə, hazırkı vəziyyət bir həqiqəti ortaya qoyur: “Pomidor artıq sadəcə kəndli malı deyil, dövlətin iqtisadi və siyasi alətidir. Əgər bu alət düzgün idarə olunmazsa, fermer də, dövlət büdcəsi də ziyan çəkəcək”. //Yeni Müsavat//

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://news24.az
archiveBu xəbər 16 İyul 2025 18:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see288

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see273

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see265

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see263

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see263

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see260

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see253

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see245

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

10 Sentyabr 2026 09:12see237

Arxası üstə yatmaq kimlər üçün təhlükəlidir?

10 Sentyabr 2026 09:50see230

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see222

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see218

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see214

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see212

Gəncədə Oftalmologiya şöbəsi yenilənib

10 Sentyabr 2026 16:06see209

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see198

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see197

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see192

Böyük etimad, sonsuz inam

10 Sentyabr 2026 20:59see187

“Putin bir addım belə geri çəkilməyəcək” Trampın planı sual altına düşdü

10 Sentyabr 2026 20:42see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri