Icma.az
close
up
RU
Rusiyaya qarşı sanksiyalara veto qoyacağıq Siyarto

Rusiyaya qarşı sanksiyalara veto qoyacağıq Siyarto

Icma.az, Sfera.az portalına istinadən məlumatı açıqlayır.

Aİ tələblərini yerinə yetirməsə, Macarıstan mart ayında sanksiyalara veto qoyacaq.

Sfera.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto açıqlama verib.

Onun sözlərinə görə, Brüssel və Kiyevin enerji təhlükəsizliyi sahəsində Budapeştin tələblərini yerinə yetirməməsi halında, Macarıstan mart ayında Aİ-nin Rusiya vətəndaşlarına və Rusiya şirkətlərinə qarşı fərdi sanksiyalarının uzadılmasına veto qoyacaq.

O, Aİ-nin öhdəliklərini yerinə yetirib-yetirməməsinə ciddi nəzarət etmək niyyətində olduğunu təsdiqləyib.

"Keçən bazar ertəsi biz Avropa Komissiyasından Ukraynanın Macarıstanın və Mərkəzi Avropanın enerji təhlükəsizliyini təhdid etməməsini təmin edəcəyinə dair təminat aldıq. Əgər Avropa Komissiyası sözünün üstündə durmasa və Ukraynanı Macarıstanın enerji təhlükəsizliyini təmin edən tədbirlər görməyə məcbur edə bilməzsə, sanksiyalarla bağlı növbəti qərar qəbul edildikdə, onlar bunun üçün məsuliyyət daşımalı olacaqlar. Aydındır ki, sanksiyalarla bağlı növbəti səsvermədə bizim mövqeyimiz Avropa Komissiyasının sözünün üstündə durub-tutmamasından asılı olacaq. Ukraynalılar Avropa Komissiyasına verdiyi vədləri yerinə yetirirlər”, - XİN rəhbəri bildirib.

Siyarto bir daha vurğulayıb ki, Macarıstan Ukraynanın Mərkəzi Avropa ölkələrinin enerji təhlükəsizliyini təhdid edən hərəkətlərini və eyni zamanda, Aİ rəhbərliyinin vəziyyətlə bağlı heç bir addım atmamasını qəbuledilməz hesab edir. 

Qeyd edək ki, keçən ilin payızında Aİ Şurası böyük bir qrup Rusiya fiziki və hüquqi şəxslərinə qarşı fərdi sanksiyaları 2025-ci il martın 15-dək uzadıb. Məhdudiyyətlər 2000-dən çox Rusiya vətəndaşı və Rusiya şirkətini hədəf alır. Sanksiyalara Aİ-yə səyahət qadağaları, aktivlərin dondurulması və bu şəxslər və ya şirkətlərlə biznes fəaliyyətinin qadağan edilməsi daxildir. 

Firuzə Əliyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://sfera.az
archiveBu xəbər 01 Fevral 2025 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see198

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see151

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see141

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see140

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see133

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see132

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see132

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see129

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see129

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see128

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see128

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see128

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see128

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see121

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri