Icma.az
close
up
RU
Ruslan Qurbanov: Samir Abasov asanlıqla təslim olmayacaq

Ruslan Qurbanov: Samir Abasov asanlıqla təslim olmayacaq

Icma.az bildirir, Apasport portalına istinadən.

“Neftçi”nin sabiq hücumçusu Ruslan Qurbanov apasport.az saytına müsahibə verib. 

- Roman Qriqorçukun gəlişindən sonra "Neftçi"də işlərin yaxşı olacağı ehtimal edilirdi. Səncə, niyə alınmadı?
- Düzünü deyim, düşünürdüm ki, Roman Qriqorçukun gəlişindən sonra işlər yaxşıya doğru gedəcək. Amma təəssüf ki, onda “Neftçi”də alınmadı. Fikrimcə, Samir Abasov “Neftçi”də nəticə verəcək. Çünki onun necə məşqçi olduğunu bilirəm. Abasov yaxşı məşqçidir və asanlıqla təslim olmayacaq. 

- İndiki futbolçular "Neftçi"yə uğur qazandıra bilər? Yoxsa onlarla nəticə qazanmağın çətin olduğunu düşünürsən? 
- "Neftçi"də gedənləri yeni gələcək futbolçular əvəzləyəcək. Bu, hər zaman belə olub. Sadəcə "Neftçi" hələ də güclənməlidir və düşünürəm ki, komanda fərqli çıxış edəcək. "Neftçi"də baş məşqçi Samir Abasovdur. Ona görə də, fikrimcə, hər şey yaxşı alınacaq. Başqa cür olacağını düşünmürəm. Komandaya uğurlar arzulayıram.

- Emin Mahmudovdan gözləntilər həmişə yüksəkdir, amma "Neftçi"də görünmür, Ramil Şeydayev də öz çəkisini meydanda qoymağı bacarmır. Onların lazımı səviyyədə olmaması "Neftçi"nin nəticələrinə birbaşa təsir edir?
- Əminəm ki, Emin Mahmudov və Ramil Şeydayev komanda üçün daha çoxunu etmək istəyir. Amma bəzən belə də olur.. Oyun getməyəndə, belə alınır. Əminəm ki, həm Emin, həm də Ramil özünü yaxşı tərəfdən göstərəcək. Axı, biz onların hamısının potensialını bilirik. Bu mənada, Emin və Ramilin də "Neftçi" üçün ən yaxşısını etmək istədiyindən əminəm.

- Görünən odur ki, "Neftçi"nin çempionluq uğrunda mübarizə aparması çox çətindir. Bəs, necə düşünürsən, mövsümü ölkə kuboku ilə xilas edə bilərlər?
- Bəli, "Neftçi"nin çempionluq mübarizəsində yer alması çətin görünür. Çünki ilk pillədəki "Qarabağ"la xal fərqi çoxdur. Çempionatda işlər çətindir. "Neftçi" ölkə kuboku və avrokuboklara yollanmaq uğrunda mübarizədə yer alacaq. Ümidvaram ki, "Neftçi"də hər şey uğurlu alınacaq.

- Yeni sezonda Azərbaycan Premyer Liqasında legioner limitinin ləğv ediləcəyi gözlənilir. Bunun Azərbaycan futboluna təsiri necə olacaq?
- Bilirsiz, bir tərəfdən yaxşıdır, digər tərəfdən pis. Əsas odur ki, yerli oyunçulara oynamaq şansı versinlər. Məhz belə olacağı təqdirdə, futbol inkişaf edəcək. Azərbaycanda yerli futbolçular arasında başqa çempionatlarda oynaya biləcək çoxlu oyunçular var. Sadəcə olaraq, həmin azərbaycanlılar xaricə getmirlər. Səbəbini isə bilmirəm.

“Qarabağ”ın oyunlarına azarkeşlər buraxılmayacaq Azərbaycanlı futbolçu ən yaxşı seçildi Emin İmaməliyev: "Juninyo getsə də, "Qarabağ" hücum zonasında sıxıntı çəkməyəcək" "Turan Tovuz"un forvardı Türkiyəyə yollandı - ÖZƏL "Neftçi" yayın işini qışa saxlamır: Lebonla yollar ayrıldı
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:235
embedMənbə:https://apasport.az
archiveBu xəbər 08 Yanvar 2025 17:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see302

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see298

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see281

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see278

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see276

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see275

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see270

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see264

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see261

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see252

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see239

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see236

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see235

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see233

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see227

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see221

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see221

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see221

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see214

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri