Icma.az
close
up
RU
Samir Abasov: Harada təslim olduq?

Samir Abasov: Harada təslim olduq?

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

"Rəqib azlıqda qalmamışdan qabaq oyuna yaxşı başlamışdıq. Nə etmək istədiyimiz görünürdü. Əsas o idi ki, biz istədiyimizi futbolçular yerinə yetirirdi".

İdman.biz xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov "Turan Tovuz"la oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis Misli Premyer Liqasının 26-cı turunda qeydə alınmış 1:1 hesablı heç-heçəni şərh edib: "Dinamika, sürət var idi. Rəqib 10 nəfərlə qalsa da, onların oyunu bəllidir. Bütün komanda ilə müdafiə olunurdular, bizə də çətinlik yaradırdılar. Amma ilk hissədə 2 real epizodumuz var idi. Sonra hücuma daha ürəkli getməyə başladıq. Dəyişikliklərin də təsiri oldu ki, qol vurduq. Oyunun əvvəlində 10 nəfərə qarşı hazırlaşmırsan. Amma rəqib 10 və 11 nəfərlə də eyni cür oynayanda, plan üzrə iş gedir. Mən bura gələndə prioritet, çıxış yolunu kubokda görürdük. Hamı başa düşürdü ki, 5 xalla çempionatın davamını gətirmək yeni baş məşqçi, yeni futbolçular üçün çətin olacaq. Amma liqa oyunlarından qopmamışıq. Kuboka da, liqa oyunlarına da köklənirik. Bütün matçlara qalibiyyət üçün çıxırıq".

Samir Abasov komandanın axıradək döyüşmədiyi fikri ilə razı olmadığınl bildirib: "Deməzdim ki, komanda təslim olub. Bu qol bizi üzdü. Bəzi oyunçular anlayacaqlar, bəzi oyunçular məşqçisinin ruhunu özünə götürəcək. Kiminsə içində yoxdursa, dəyişmək çətindir. Bizdə yoxdur demirəm, ümumi deyirəm. İnsanlar ayrı-ayrı xarakterə malikdir. İnanıram ki, bu da düzələcək. Burada problem görmürəm. Son vaxtlar harada təslim olduq? Elə "Zirə"də son dəqiqədə qalib gəldik. Bəzi matçlarda komanda, oyunçu düşür. "Kəpəz"lə oyunda baş verənlərə görə ümumi fikir formalaşıbsa sizdə... Məndə belə fikir yoxdur. Komandam axıra kimi döyüşür. Referi hər epizodda cərimə zərbəsi verirdi, uşaqlar yerindən qalxırdı. Siz verdiyiniz suallar tək elə bil "Neftçi"yə verilən suallardır. Yaxşı da xarakterimiz var. Bundan da yaxşı olacağıq".

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 10 Mart 2025 23:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see376

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see319

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see317

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see306

Şaurma, yoxsa burger faydalıdır? Diyetoloq açıqladı

22 Noyabr 2026 02:00see273

Livan Prezidenti İranı topa tutdu Suverenliyimizə müdaxilə edir

22 Noyabr 2026 02:22see246

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see240

“Şərurlu İsfəndiyar” oğluna dəbdəbəli toy məclisi qurdu (FOTO)

22 Noyabr 2026 03:46see236

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see236

Meryem Üzerli Maşa oldu FOTO

22 Noyabr 2026 04:01see234

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see232

Bakıda həbsdə olan şəxsin bağ evində silah sursat aşkarlanıb

22 Noyabr 2026 06:49see216

İdmançı müharibənin ekoloji fəsadlarına diqqət çəkmək üçün Hörmüz boğazını üzüb keçib

22 Noyabr 2026 04:48see214

Şamaxıda Gənclik Yolunda layihəsinin açılış mərasimi keçirilib FOTO

22 Noyabr 2026 16:03see207

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see207

Gürcüstanda matəm günü ilə əlaqədar dövlət bayraqları yarıya endirilib

22 Noyabr 2026 03:21see205

Qızıl və gümüş yenə ucuzlaşdı

22 Noyabr 2026 15:36see205

Dodaqların vəziyyəti BU XƏSTƏLİKLƏRDƏN xəbər verir FOTO

22 Noyabr 2026 06:19see203

PSJ ağır zədəsinə baxmayaraq Kvaratsxeliyaya böyük təklif hazırlayır

22 Noyabr 2026 06:14see201

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri