Icma.az
close
up
RU
Menu

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

Yuxuya getməyi asanlaşdıran 7 qida

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

Rusiyadan miqrantları üzən QƏRAR

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

Ruslar Azərbaycana axışır səbəb nədir?

Ruslar Azərbaycana axışır səbəb nədir?

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycana gələn xarici vətəndaşların sayında azalma müşahidə olunsa da, Rusiya vətəndaşları ölkəmizə səfər edənlər arasında liderliyini qoruyur. Dövlət Statistika Komitəsinin məlumatına görə, ilin ilk 7 ayında Azərbaycana 191 ölkədən 1 milyon 342,6 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,2 faiz azdır. Ölkəyə gələnlərin arasında ən böyük pay Rusiyanın, Türkiyənin və İranın vətəndaşlarının üzərinə düşüb. Belə ki, xarici qonaqların təxminən 28 faizi Rusiya, hər 5 nəfərdən biri isə Türkiyə vətəndaşı olub. İran vətəndaşlarının payı isə 8 faizə yaxın təşkil edib. Gürcüstan, Qazaxıstan, Özbəkistan, Pakistan, İsrail, Hindistan və Çin də əsas turist göndərən ölkələr sırasında yer alıb. Cins bölgüsünə gəlincə, Azərbaycana gələnlərin təxminən üçdə ikisi kişilər, üçdə biri isə qadınlar olub.

Statistikada diqqət çəkən məqamlardan biri MDB ölkələrindən Azərbaycana gələnlərin sayının artmasıdır. Bu ölkələrdən səfər edənlərin sayı illik müqayisədə 1,6 faiz yüksələrək 531 min nəfəri keçib. Avropa İttifaqı ölkələrindən gələnlərin sayında da artım qeydə alınıb – 8 faiz. Bununla belə, Körfəz ölkələrindən gələnlərin sayı təxminən üçdə bir, digər ölkələrdən gələnlərin sayı isə 10 faizdən çox azalıb.

Ümumi göstəricidəki geriləmənin bir neçə səbəbi ola bilər. İlk növbədə, son illərdə Azərbaycanın turizm bazarında əsas dəyişikliklərdən biri aviabiletlərin və səyahət xərclərinin bahalaşmasıdır. Xüsusilə uzaq ölkələrdən gələn turist üçün uçuş qiyməti ümumi səfərin ciddi xərc maddəsinə çevrilir.

Digər tərəfdən, Körfəz ölkələrindən gələn turistlərin sayındakı kəskin azalma ümumi statistikaya birbaşa təsir edir. Çünki bu ölkələrdən Azərbaycana turist axını əvvəlki illərdə kifayət qədər yüksək idi. Bununla yanaşı, qlobal turizm bazarında rəqabət də güclənib. Türkiyə, Gürcüstan, Özbəkistan və digər region ölkələri turist cəlb etmək üçün daha sərfəli qiymətlər və müxtəlif kampaniyalar təklif edir.

Bəs niyə Azərbaycana ən çox ruslar gəlir? Rusiya vətəndaşlarının Azərbaycana səfərlərdə ilk sırada olması təsadüfi deyil. Burada həm coğrafi yaxınlıq, həm nəqliyyat imkanları, həm də iki ölkə arasında uzun illər ərzində formalaşmış sosial-iqtisadi əlaqələr mühüm rol oynayır.

Azərbaycan Rusiya üçün həm yaxın xarici turizm istiqamətidir, həm də burada rusdilli mühitin geniş yayılması səfəri rusiyalı turistlər üçün daha rahat edir. Bakı ilə yanaşı, Qəbələ, Quba, Şəki, Qusar və digər turizm bölgələri də Rusiya vətəndaşlarının maraq göstərdiyi istiqamətlərdəndir.

Bundan başqa, Rusiyada yaşayan azərbaycanlıların çoxluğu da bu axında mühüm amildir. Onların Azərbaycana səfərləri yalnız turizm məqsədi daşımır – qohum ziyarəti, ailə əlaqələri, biznes və digər məqsədlərlə edilən səfərlər də statistikaya daxil edilir.

Yəni rəqəmlərdə görünən “turist” axınının hamısını klassik mənada istirahətə gələn turistlər kimi qəbul etmək düzgün olmaz. Xarici vətəndaşların ölkəyə giriş statistikası turizm, biznes, qohum ziyarəti və digər səfərləri də əhatə edə bilər.

Turizm üzrə ekspert Ceyhun Aşurov mövzu ilə bağlı Musavat.com-a fikirlərini bölüşüb: “Statistika Komitəsinin açıqladığı rəqəmlərə əsasən, bu ilin yanvar-iyul ayları ərzində ölkəmizə 1,3 milyondan çox əcnəbi vətəndaş səfər edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 10%-ə yaxın geriləmə deməkdir.

Gələnlərin böyük əksəriyyətini yenə də soydaşlarımızın daha sıx məskunlaşdığı qonşu ölkələrin - Rusiya və Gürcüstanın vətəndaşları təşkil edir. Bununla yanaşı, MDB çərçivəsində, xüsusən Özbəkistan və Qazaxıstandan gələn turistlərin fəallığında artım müşahidə olunur. Ümumi azalmanın əsasında regional geosiyasi amillər dayanır. Müharibə və hava məkanının qapalı olması səbəbindən Körfəz ölkələrindən gələn turist sayında 30%-dən çox ciddi azalma qeydə alınıb. Əvvəllər 3 saat çəkən uçuşların 7 saata qədər uzanması həmin bölgədən olan turistləri alternativ bazarlara yönəldib. Bütün bunların fonunda, ölkəmizdə keçirilən iri miqyaslı beynəlxalq tədbirlər, Türk Dövlətləri Təşkilatı çərçivəsində artan əməkdaşlıq və yüksək səviyyəli görüşlər müsbət dinamikaya təkan verir. Nəticədə, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayında cüzi də olsa artım var”.

Onun sözlərinə görə, qonşu ölkələrdən (Rusiya, Gürcüstan, Türkiyə) gələnlərin üstünlük təşkil etməsi isə daha çox qohum və dost ziyarətləri ilə bağlıdır. Xüsusilə son zamanlar Türkiyə bazarında da canlanma var və türkiyəli turistlərin Azərbaycana marağı getdikcə artır. Hazırda nəqliyyat xərcləri istisna olmaqla, qidalanma və oteldə qalmaq kimi digər xərclər Azərbaycanda, xüsusilə də türkiyəli turistlər üçün kifayət qədər sərfəlidir. Məhz bu səbəbdən son zamanlar türkiyəli turistlərin Azərbaycanı kəşf etməyə olan marağı nəzərəçarpacaq dərəcədə artıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://moderator.az
archiveBu xəbər 27 Avqust 2026 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see861

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see360

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see313

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see295

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see212

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see204

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see201

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

09 Oktyabr 2026 22:28see199

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see195

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see194

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see191

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see187

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see183

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see180

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see177

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see176

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see165

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see163

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see162

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri