Icma.az
close
up
RU
“Qara qitə”nin camaatı Azərbaycana axışır SƏBƏB

“Qara qitə”nin camaatı Azərbaycana axışır SƏBƏB

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu ilin yanvar-mart aylarında Azərbaycana Afrika qitəsi ölkələrindən ümumilikdə 3 min 380 turist səfər edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,6 % çoxdur. Üç ay ərzində ölkəyə Əlcəzairdən 1 073 nəfər (+87,3), Mərakeşdən 616 nəfər (-12,3 %), Komor adalarından 260 nəfər (-26,3 %), Nigeriyadan 236 nəfər (2 dəfə çox), Cənubi Afrikadan 228 nəfər (-24,3 %), Sudandan 221 nəfər (-19,9 %), Efiopiyadan 113 nəfər (2,9 dəfə çox), Keniyadan 83 nəfər (-33,1 %) və Tunisdən 81 nəfər (+5,5 %) turist Azərbaycana səfər edib.

Bundan başqa, ölkəmiz Qanadan 56 nəfər (+3,7 %), Liviyadan 44 nəfər (+2,3 %),Sierra-Lionedən 38 nəfər (6,3 dəfə çox), Somalidən 30 nəfər (-41,2 %), Çaddan 22 nəfər (3,1 dəfə artıb), Mavritiusdan 22 nəfər (+ 22,2 %), Seneqaldan 22 nəfər (+69,2 %), Uqandadan 20 nəfər (-35,5 %), Fil Dişi Sahilindən 19 nəfər (2,1 dəfə artıb), Kamerundan 17 nəfər (-32 %), Zimbabvedən 17 nəfər (-10,5 %), Tanzaniyadan 16 nəfər (-27,3 %), Demokratik Konqodan 14 nəfər (3,5 dəfə artıb ), Qvineyadan 13 nəfər (-71,7 %), Ruandadan 13 nəfər (+30 %), Eritreyadan 10 nəfər (+25 %), Burkina Fasodan 10 nəfər (3,3 dəfə çox), Konqodan 10 nəfər (10 dəfə çox), Mavritaniyadan isə 10 nəfər (-47,4 %), turist qəbul edib.

Həmçinin 3 ay ərzində, Malidən 8 nəfər (-33,3 %), Mozambikdən 6 nəfər (+50 %), Nigerdən 6 nəfər (+50 %), Qabondan 6 nəfər (2 dəfə çox), Burundidən 5 nəfər (-28, 6 %), Qambiyadan 5 nəfər (-37,5 %), Anqoladan 4 nəfər (2 dəfə çox),

Benindən 4 nəfər (2 dəfə çox), Svazilenddən 4 nəfər (ötən ilin ilk rübündə gələn olmayıb), Toqodan 4 nəfər (-20 %), Namibiyadan 3 nəfər (-25 %), Sudandan 3 nəfər ( ötən ilin ilk rübündə gələn olmayıb), Zambiyadan 3 nəfər (-40 %), Cibutidən 2 nəfər (-77,8 %), Liberiyadan 2 nəfər (-85,7 %), Madaqaskardan isə 1 nəfər (-75 %) turist Azərbaycana səfər edib.

Qeyd edək ki, son illər Afrika ölkələrinin dövlət başçıları da Azərbaycana səfərlər edir, maraq göstərir. Bu əlaqələrin güclənməsi afrikalı turistlərin ölkəmizə axın etməsinə səbəb ola bilərmi?

Turizm üzrə ekspert Ceyhun Aşurov Musavat.com-a deyib ki, Afrikadan turist axını artıb, ümumilikdə isə bu qitə ölkələrindən gələn əcnəbilərin sayı yüksəlib: “Bu, ölkəmizin bir sıra Afrika dövlətləri ilə münasibətlərinin inkişafı, xüsusilə də Qoşulmama Hərəkatındakı fəaliyyəti və dövlətlərarası əlaqələrin yaxşılaşması ilə bağlıdır. Məhz bu amillər həmin ölkələrdən müxtəlif tədbirlər üçün Azərbaycana daha çox turistin gəlməsinə təsir göstərib. Bu artım say baxımından o qədər də böyük olmasa da, faiz göstəricisi kimi daha nəzərəçarpan görünür”.

Ekspert əlavə edib ki, Avropa ölkələrindən və digər regionlardan da Azərbaycana turistlər gəlir: “Bizim üçün əsas maraq ölkəyə gələn turist sayının daha da artmasıdır. Xüsusilə Avropa ölkələri ilə bağlı viza prosedurları sadələşdirilib və onlayn viza almaq mümkündür. Gələcəkdə isə bir sıra ölkələrlə viza rejiminin ləğvi, xüsusilə Azərbaycan üçün faydalı və yüksək turizm potensialına malik Avropa ölkələri ilə vizaların aradan qaldırılması mühüm rol oynaya bilər. Eyni zamanda, bu coğrafiyanın genişləndirilməsi, həmin istiqamətlər üzrə Azərbaycana uçuş imkanlarının artırılması, bilet və nəqliyyat xərclərinin azaldılması, eləcə də bu sahədə səmərəliliyin yüksəldilməsi turist sayının artmasına əlavə töhfə verə bilər”.

Məlumat üçün bildirək ki, Qafqaz ölkələri arasında ən çox turist qəbul edən ölkə Gürcüstandır. Gürcüstana ildə təxminən 7,8 milyon turist gəlir ki, bu da Azərbaycanın göstəricisindən təxminən 3 dəfə çoxdur. Azərbaycana isə son statistikaya görə 2,57 milyon xarici ziyarətçi gəlib. Ermənistanda bu rəqəm təxminən 2,26 milyon olub və Azərbaycandan bir qədər azdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:166
embedMənbə:https://moderator.az
archiveBu xəbər 02 İyun 2026 09:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see325

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see319

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see304

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see299

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see298

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see297

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see294

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see286

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see286

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see275

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see271

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see264

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see254

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see250

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see247

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see241

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see240

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see236

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see235

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri