Icma.az
close
up
RU
Ruslar Türkiyənin Suriyada onları “baltaladığını” yazırlar…

Ruslar Türkiyənin Suriyada onları “baltaladığını” yazırlar…

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Suriyanın yeni hakimiyyəti Ərdoğana Rusiya əvəzinə ölkədə hərbi bazalar yerləşdirməyi təklif edib…

...Suriyanın müvəqqəti hökumətinin lideri Əhməd əl-Şaraa və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaraya cənub qonşusunda bazalar yaratmağa imkan verən müdafiə paktını müzakirə ediblər(?).

SİA xatırladır ki, iki lider arasında görüş fevralın 4-də baş tutub. Agentliyin mənbələrinə görə, danışıqlar Suriyanın şərqində Badia kimi tanınan səhra bölgəsində yerləşən iki türk bazasına aid olacaq. Bundan əvvəl hökumətyönlü “Türkiyə” qəzeti Ankaranın orada 50-yə qədər “F-16” qırıcısı yerləşdirməyi planlaşdırdığını yazıb. Bundan əlavə, Türkiyə Suriya hava məkanından hərbi məqsədlər üçün istifadə icazəsi alacaq və xarici təhlükələr zamanı yardım göstərməyi öhdəsinə götürəcək.

Müvəqqəti hökumət başçısının sözçüsü agentliyə bildirib ki, əş-Şaraa Türkiyənin yeni Suriya ordusunun hazırlanması, (…qeyd edilir ki, əvvəlki ordu diktator Bəşər Əsədin devrilməsindən sonra dağıdılıb – A.B.) eləcə də yeni əməkdaşlıq sahələrini müzakirə edəcəklər.

Ərdoğanın administrasiyası isə Suriyada yeni bazaların yaradılması məsələsi ilə bağlı məlumatı olmadığını bildirib.

Qeyd edək ki, bunu RİA Novosti yazıb.

Yeri gəlmişkən, NATO üzvü olan Türkiyənin Hələb və İdlib əyalətlərində artıq bazaları var. Onun Suriyadakı hərbi mövcudluğunun mümkün genişləndirilməsi ilə bağlı məlumatlar Rusiyanın Xmeymim və Tartusdakı bazalarını saxlamaq üçün uğursuz cəhdləri məlum olduqdan sonra ortaya çıxıb.

Rusiyanın Xarici İşlər Nazirliyinin nümayəndə heyəti dekabrın əvvəlində ailəsi ilə birlikdə Moskvaya gedən Əsədin devrilməsindən sonra ilk dəfə yanvarın 28-də Dəməşqə gəlib. Amma nə fayda, belə ki, rusların bu ərazidə baza saxlamaqla bağlı danışıqları dalana dirənib və Suriyanın yeni hakimiyyət orqanları Rusiyadan qaçaq prezidenti ekstradisiya etməyi və etimadı bərpa etmək üçün təzminat ödəməyi tələb etdilər.

…Bloomberg mənbələri bildiriblər ki, son inqilab zamanı üsyançılara dəstək verən Türkiyə Suriyada Rusiya bazalarının saxlanmasının əleyhinədir.

Və yeni administrasiya Putinin Əsədə “ərəb baharı”ndan sonra başlayan müharibəni uduzmamağa kömək etdiyini və sona qədər rejimini xilas etməyə çalışdığını xatırlayır.

Ona görə də Kremlin məsələnin müsbət həllinə ümid edə bilməsi ehtimalı azdır.

O da qeyd edilməlidir ki, ötən dekabrda Suriyada hakimiyyət dəyişikliyindən bəri Rusiyanın Xmeymim aviabazasındakı fəaliyyəti məhdudlaşdırılıb və iki nəqliyyat gəmisi hərbi texnikanı çıxarmaq üçün Tartusa yanaşmağa icazə verilməzdən əvvəl həftələr gözlədi.

Sonra Suriya Stroytransgaz şirkəti ilə limana investisiyalar haqqında müqaviləni ləğv etdi, və hansı ki, bu müqavilə 49 il müddətinə bağlanmışdı.

Rusiyaya Aralıq dənizinə yeganə birbaşa çıxışını təmin edən, Kremlin Yaxın Şərq və Afrikada təsirinin əsas nöqtəsi, eləcə də qoşunların, muzdluların, silahların ötürülməsi üçün qovşaq rolunu oynayan Tartus bazası eyni müddətə icarəyə götürülüb.

Əli Babayev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:180
embedMənbə:https://sia.az
archiveBu xəbər 06 Fevral 2025 00:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri