Icma.az
close
up
RU
Rüstəm Xəlilov Salyanın pambıq sahələrində

Rüstəm Xəlilov Salyanın pambıq sahələrində

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov pambıq yığımı ilə əlaqədar sahələrə baxış keçirib.

Modern.az xəbər verir ki, Salyan rayonunda kənd təsərrüfatının əsas istiqamətlərindən biri olan pambıqçılığın inkişafı, məhsul yığımının vaxtında və itkisiz həyata keçirilməsi, fermerlərin qarşılaşdıqları məsələlərin öyrənilməsi və mövcud vəziyyətin yerində qiymətləndirilməsi məqsədilə Rayon İcra Hakimiyyətinin başçısı pambıq sahələrinə baxış keçirib. Baxış zamanı rayon rəhbəri pambıq əkinləri aparılmış sahələrdə olub, yığım prosesinin gedişi, məhsulun yetişmə vəziyyəti, sahələrdə görülən aqrotexniki tədbirlər, eləcə də məhsulun tədarük məntəqələrinə daşınmasının təşkili ilə maraqlanıb.

Qeyd olunub ki, pambıq yığımının optimal müddətdə başa çatdırılması, məhsulun keyfiyyətinin qorunması və itkilərin minimuma endirilməsi qarşıda duran əsas vəzifələrdəndir. Sahələrə baxış zamanı aidiyyəti qurumların nümayəndələri və təsərrüfat rəhbərləri tərəfindən pambıqçılıq sahəsində görülən işlər barədə rayon rəhbərinə ətraflı məlumat verilib. Bildirilib ki, mövsümi işlərin səmərəli təşkili, texnikadan düzgün istifadə olunması, işçi qüvvəsinin səfərbər edilməsi və fermerlərlə tədarük müəssisələri arasında əlaqələrin operativ qurulması məhsul yığımının uğurla başa çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Rayon rəhbəri pambıq yığımında iştirak edən fermerlərin və zəhmətkeşlərin əməyini yüksək qiymətləndirərək, mövsümün uğurla başa çatdırılması üçün bütün imkanlardan səmərəli istifadə edilməsinin vacibliyini diqqətə çatdırıb. O, məhsulun itkisiz yığılması, tarlalarda texnikanın fasiləsiz və səmərəli fəaliyyətinin təmin olunması, yığılmış pambığın vaxtında tədarük məntəqələrinə çatdırılması və yaranan məsələlərin operativ həlli ilə bağlı aidiyyəti şəxslərə müvafiq tapşırıq və tövsiyələrini verib.

Bununla yanaşı, fermerlərin fəaliyyətinin dəstəklənməsi, aqrar sahədə mövcud imkanların genişləndirilməsi, kənd təsərrüfatı istehsalçılarının qarşılaşdıqları çətinliklərin aradan qaldırılması və dövlət dəstəyi mexanizmlərindən səmərəli istifadə olunması məsələlərinin diqqətdə saxlanılmasının əhəmiyyəti qeyd edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:102
embedMənbə:https://modern.az
archiveBu xəbər 15 Oktyabr 2026 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see296

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see275

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see258

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see256

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see250

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see247

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see232

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see217

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see212

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see203

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see198

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see197

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see194

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see192

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see187

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see183

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see182

Forma problemi “Xankəndi”yə baha başa gəldi

13 Oktyabr 2026 11:50see173

Aktrisa Selma Bler Nyu York Hava Limanında uçuş heyətinə hücum etdiyi üçün həbs olunub

13 Oktyabr 2026 16:28see169

Meyitdən ürək köçürülən Rəşad cəmi 1 il yaşadı

13 Oktyabr 2026 15:51see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri