Icma.az
close
up
RU
Rüşvət alan gömrük əməkdaşları hakim qarşısına çıxarılır

Rüşvət alan gömrük əməkdaşları hakim qarşısına çıxarılır

Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin vəzifəli şəxsləri və qaçaqmalçılıq cinayətini törətmiş digər şəxslərin qanunsuz hərəkətləri ilə bağlı həmin Komitədən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş cinayət işinin ibtidai istintaqı yekunlaşdırılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən "Unikal"a bildirilib ki, istintaqla Xaçmaz Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinin böyük əməliyyat müvəkkili Hidayət Məmmədovun həmin şöbənin Hədəfləmə və koordinasiya bölməsinə təhkim edilmiş “Azərterminalkompleks” Birliyinin Gömrük fəaliyyətinə dəstəyin təşkili idarəsinin Gömrük işinə yardım şöbəsinin sabiq əməkdaşı Bayram Məmmədovla cinayət əlaqəsinə girərək 29 dekabr 2024-cü il tarixdə ona müraciət etmiş Arzu Abdullayev və Mirxan Dadaşov tərəfindən qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış 427 min manatdan artıq dəyərdə elektron siqaretlərin gömrük sərhədindən gömrük nəzarətindən kənar qaçaqmalçılıq yolu ilə keçirilməsinə şərait yaradılması müqabilində 3 min manat məbləğində pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib. 

Bundan başqa Hidayət Məmmədovun 28 mart 2025-ci il tarixdə ona müraciət etmiş Arzu Abdullayev və Haysuf Hacıyevin qabaqcadan əlbir olan bir qrup şəxs halında içərisində ümumilikdə 291 min manatdan artıq dəyərdə olan aqrokimyəvi dərman və qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən dərman vasitələrinin qaçaqmalçılıq yolu ilə keçirilməsinə şərait yaradılması müqabilində sonuncunun 3 min manat məbləğində pul vəsaitinin verilməsi barədə təklifini qəbul edərək həmin malların qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsini təmin etməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Hidayət Məmmədova Cinayət Məcəlləsinin 32.5, 200-1.2.2, 32.5, 200-1.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda dərman vasitələrinin dövriyyəsinə köməklik göstərmə), 32.5, 206.3.1, 32.5, 206.3.2, 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq və təkrar qaçaqmalçılığa köməklik göstərmə), 32.5, 213-1.2.1, 32.5, 213-1.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan qanunsuz dövriyyəsinə köməklik göstərmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.1 və 311.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar rüşvət alma), Bayram Məmmədova həmin Məcəllənin 32.5, 213-1.2.1, 32.5, 213-1.2.3, 32.5, 206.3.2, 308.2 və 311.3.1, Arzu Abdullayevə həmin Məcəllənin 200-1.2.2, 200-1.2.3, 206.3.1, 206.3.2, 213-1.2.1, 213-1.2.3 və 312.2 (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə rüşvət vermə), Mirxan Dadaşova həmin Məcəllənin 213-1.2.1, 213-1.2.3 və 206.3.2, Haysuf Hacıyevə isə həmin Məcəllənin 200-1.2.2, 200-1.2.3 və 206.3.2-ci maddələri ilə yekun ittiham elan edilərək Hidayət Məmmədov, Bayram Məmmədov və Arzu Abdullayev barəsində iş üzrə istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, Mirxan Dadaşov və Haysuf Hacıyev barəsində isə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://unikal.az
archiveBu xəbər 06 Avqust 2025 10:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see325

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see305

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see286

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see286

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see281

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see276

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see274

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see248

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see236

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see235

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see234

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see232

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see228

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see219

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see215

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see213

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see209

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri