Ryonosuke Ohori: “Keysukenin “Neftçi”də oynaması qərarıma təsir edən əsas faktorlardır”
Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.
“Neftçi”nin yaponiyalı futbolçusu Ryonosuke Ohorinin İdman.biz-ə müsahibəsi
- Təxminən 1 aydır “Neftçi”yə transfer olunmusuz. Artıq adaptasiya ola bilmisiniz?
- Bəli, hər şey yaxşıdır. Kollektiv çox mehribandır və burada kommunikasiya qurmaq asandır.
- Yeni komandınızda potensialınızı tam açmaq üçün sizə nə qədər vaxt lazım olacaq?
- Düzü, hələ özümü yaxşı göstərə bilməmişəm. Ona görə də yaxın zamanda komandaya kömək etmək üçün bacarığımı meydanda qoyacam.
- Niyə məhz “Neftçi”?
- Bu qərarda bir neçə amilin rolu var. “Neftçi”nin böyük klub olması və Honda Keysukenin burada oynaması isə qərarıma təsir edən əsas faktorlardır.
- Azərbaycan çempionatı haqqında nə düşünürsünüz?
- Mənə elə gəlir ki, bu liqa hücum və müdafiə arasında sürətlə keçid etməyi tələb edir. Buna öyrəşmək üçün əlimdən gələni əsirgəməyəcəm.
- Bəs “Neftçi”nin Premyer Liqada şanslarını necə dəyərləndirirsiz?
- Biz yaxşı komandayıq. Fikrimcə, hər oyunu qalib gəlmək məqsədilə oynamaq düzgün deyil.
Aytac Sahəd
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 12 Fevral 2025 14:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















