Saakaşvili: Biz mütləq qalib gələcəyik
Icma.az, Ayna saytına istinadən bildirir.
“Bizə ümumi hücum səfərbərliyi lazımdır”
"Diktator İvanişvili məkrli şəkildə müxalifətin əsl liderlərini - Levan Xabeişvili və Murtaza Zodelavanı həbs edib. Bu, cinayətkar rejimin ifrat panikasının və acizliyinin ifadəsidir". AYNA.AZ gürcü mediasına istinadən bildirir ki, bu sözləri Gürcüstanın həbsdə olan keçmiş Prezident Mixail Saakaşvili sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görə, ümumi səfərbərlik və hücum lazımdır: “Mən hətta onların saxlandığı biabırçı və pafoslu motivlərdən danışmıram. Bizə ümumi hücum səfərbərliyi lazımdır. Biz mütləq qalib gələcəyik. “Gürcüstana şöhrət!”, Saakaşvili yazıb.
Qeyd edək ki, oktyabrın 4-də Gürcüstanda bələdiyyə nümayəndəli orqanına – sakrebuloya və özünüidarəetmə şəhər/bələdiyyə meri vəzifəsinə seçkilər keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 12 Sentyabr 2025 19:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















