Icma.az
close
up
RU
Saakaşvilinin ölümü Gürcüstan üçün fəlakət olar  Ekspert

Saakaşvilinin ölümü Gürcüstan üçün fəlakət olar  Ekspert

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Onun Rustavi həbsxanasına xəbərdarlıq edilmədən qaytarılması böyük beynəlxalq rezonans yaradacaq

Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvili deyib ki, xəbərdarlıq edilmədən onu Rustavi həbsxanasına aparıblar və orada sabiq dövlət başçısını 2022-ci ilin martında zəhərləyən insanlar qarşılayıblar. Saakaşvili qeyd edib ki, o zaman möcüzəvi şəkildə ölümdən qurtulub, ancaq zəhərlənmənin simptomları indiyə qədər qalmaqdadır:

"Belə uzunmüddətli məhbusluq və bədbəxtlik fonunda özüm üçün mərhəmət gözləmirəm. Bəs, məni yenidən niyə məhz həmin işgəncə verənlərin yanına qaytardılar? Birincisi, onlar mənim çoxsaylı tərəfdarlarımı qorxutmaq istəyirlər; ikincisi, bu, Qərb və Ukraynaya - Zelenskiyə, hələ də (Kiyevdə) Məsləhət Şurasının sədri olduğum yerlərə konkret mesaj verirlər". Saakaşvili İvanişvili ilə bağlı bir məqama da diqqət çəkib: "İvanişvili vaxtilə mənim həyatıma zəmanət vermişdi və indi bu addımla avropalılar və amerikalılara söyləyir ki, bu vəd (digər bütün vədlər kimi) artıq qüvvədə deyil. Əminəm ki, bütün bunlar Moskva ilə razılaşdırılıb. Məsələ ondadır ki, dünya üçün mən postsovet məkanında ən uğurlu islahatlar və Gürcüstanın azadlığı və dövlətçiliyinin simvoluyam. Onlar Gürcüstanın azadlığını və müstəqilliyini, məni məhv edirlər. Bu gün insanlara demək istəyirəm, bütün bu müddət ərzində dediyim şeyi təkrarlayıram: heç bir halda təslim olmayın və mübarizə aparın, çünki bizim qələbəmiz qaçılmazdır".

Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev Sherg.az-a deyib ki, Mixeil Saakaşvilinin Rustavi həbsxanasına xəbərdarlıq edilmədən qaytarılması və onun “məni 2022-ci ilin martında zəhərləmiş şəxslərin yanına gətirdilər” iddiası həm Gürcüstan daxilində, həm də beynəlxalq aləmdə böyük rezonans doğurub. Ekspert bildirib ki, M.Saakaşvili ötən illərdə səhhətində ciddi problemlər yaşayıb:

"2022-ci ildə onun zəhərlənməsi barədə iddialar var idi və bu barədə çoxsaylı məhkəmə hökmü ilə bağlı uzun proseslər gedib. Keçmiş prezidentin bu iddiasının əsas ana xətti hakimiyyətin müxalifəti “sındırmaq” və tərəfdarları qorxutmaq niyyətini ifşa etmək və beynəlxalq ictimaiyyətə, xüsusilə qərb və Ukraynaya mesaj göndərməkdir. Həmçinin, Saakaşvilinin özü vəziyyəti siyasi mesaj vermək üçün dramatik formada ifadə edir, şəxsi təhlükəsizliyini qarantiyaya almağa çalışır". Gürcü hakimiyyətinin risk balansına gəlincə, ekspert hesab edir ki, Saakaşvilinin ölümü onlar üçün diplomatik və siyasi fəlakət olardı: "Bu zaman Avropa və ABŞ-dən sərt reaksiyalar, inteqrasiya prosesində ciddi əngəllər yaranacaq. Buna görə də rəsmi dairələr üçün açıq şəkildə “öldürmə” riski yüksək siyasi risk daşıyır və praktik olaraq qeyri-məqbul görünür. Lakin məhkəmə sxemi, məhdud tibbi xidmət, təcrid və ya məhdudlaşdırılmış şərait vasitəsilə siyasi opponentin sağlamlığına təsir etmək rejimlər tərəfindən istifadə edilən “mərhələli” təzyiq taktikalarıdır və bu, real risk olaraq qalır. Lakin reallıqda məqsəd onu “yavaş şəkildə sıradan çıxarmaq”, Qərbin simvolunu sarsıtmaq ola bilər. Bu, “öldürmədən öldürmək” taktikasıdır. Saakaşvilinin “məni öldürməyə çalışırlar” iddiası real təhlükə elementlərini ehtiva edir. Həm də siyasi strategiyanın tərkib hissəsidir. Daxildə tərəfdarları motivasiya etmək və beynəlxalq ictimaiyyəti hərəkətə gətirmək məqsədilə edilir. Gürcü hökuməti üçün Saakaşvilinin ölümü siyasi intihar olardı. Amma onun sağlamlığını zəiflətməklə bağlı addımlar və ya məhdud tibbi təminatla nəticələnən qərarlar reallıqda ola biləcək və narahatlıq doğuran ssenarilərdəndir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:223
embedMənbə:https://sherg.az
archiveBu xəbər 14 Noyabr 2025 11:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see633

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see329

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see320

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see320

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see312

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see297

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see289

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see283

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see276

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see273

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see253

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see253

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see251

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see246

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see243

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see236

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see233

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see216

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see214

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri