Icma.az
close
up
RU
Saat 11:00 dan 17:00 dək... Havada TƏHLÜKƏ!

Saat 11:00 dan 17:00 dək... Havada TƏHLÜKƏ!

Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İyulun ortalarında Bakı və ətraf ərazilərdə havalar təkcə isti deyil, sözün əsl mənasında nəfəs kəsici şəkildə keçir. Temperaturun 40 dərəcəyə yaxınlaşdığı günlərdə insan orqanizmi ciddi sınaqlarla üz-üzə qalır. Üstəlik, bu günlərdə Günəş aktivliyinin artması nəticəsində baş verən maqnit qasırğaları vəziyyəti daha da çətinləşdirir.

Yenisabah.az xəbər verir ki, mütəxəssislər hər iki faktorun – həm yüksək istilik, həm də maqnit qasırğasının tək-tək ciddi narahatlıqlar doğurduğunu bildirir. Ancaq bu iki hadisə eyni vaxtda baş verdikdə, təsirlər qat-qat artır və xüsusilə ürək-damar, sinir və tənəffüs sistemi zəif olan insanlar üçün risk daha yüksək olur.

Bəs maqnit qasırğası nədir və bədənə necə təsir edir? Toyuqlu pizza

Maqnit qasırğaları Günəşdən Yerə yönələn plazma axınlarının planetimizin maqnit sahəsində yaratdığı pozuntulardır. NASA və digər kosmik monitorinq mərkəzləri bu hadisələri "geomaqnit qasırğası" kimi qeyd edir və onların insanlara olan təsiri dəfələrlə sübut olunub.

Əsas əlamətləri aşağıdakılardır:

Baş ağrısı, göz qaralması

Yuxusuzluq və ya yuxululuq

Ürək döyüntüsünün sürətlənməsi

Qol və ayaqlarda keyimə

Narahatlıq, gərginlik, əhval dəyişikliyi

Xüsusilə yaşlılarda və xroniki xəstələrdə təzyiq oynayır, infarkt və insult riski artır

Maqnit qasırğaları adətən 1-3 gün davam edir, ancaq bu müddət ərzində bədənin özünü bərpa etmə qabiliyyəti zəifləyir. Bəzi nevroloqlar bu hadisəni “görünməz təbiət stressi” adlandırırlar.

Təkcə havanın 35 dərəcədən yuxarı olması belə ürəyə əlavə yükdür. Üzərinə bir də maqnit qasırğası düşəndə, bu, orqanizmdə balanssızlıq yaradır. İnsan özünü izaholunmaz şəkildə halsız, narahat, əsəbi hiss edir. Sanki ‘hava təzyiqi’ təkcə barometrik yox, həm də emosional olur.

Belə günlərdə bədəndə elektrolit disbalansı yaranır. O, maqnit qasırğasının insan bədənindəki hüceyrə membranlarının elektrik yüklərinə təsir edir.

“Bu dəyişikliklər xüsusilə sinir sistemində ‘dəyişkən siqnallar’a səbəb olur. Beyin gərginlik və yorğunluq siqnalları göndərir. Eyni zamanda, isti hava ilə birlikdə orqanizm susuz qalır, qan qatılaşır və nəticədə ürək-damar sistemi daha ağır işləyir.

Hipertoniyadan əziyyət çəkənlər, ürək çatışmazlığı olanlar, miqren və ya xroniki baş ağrısı yaşayanlar, depressiya və ya panik atak diaqnozu olanlar, eyni zamanda hamilə qadınlar və yaşlılar daha çox risk altındadır.

Qorunmaq üçün bir sıra əsas məqamları nəzərdə saxlamaq lazımdır:

Çöldə minimum qalın – Saat 11:00-dan 17:00-a qədər çölə çıxmamaq tövsiyə olunur. Əgər zərurət varsa, açıq rəngli, nazik və nəfəs alan paltarlar geyin.

Su içməyi unutmayın – Hər 30 dəqiqədən bir 1 stəkan sərin (amma buz kimi olmayan) su içmək orqanizmin balansını qoruyur.

Elektrolitlərə diqqət – Limonlu su, duzlu ayran, təbii mineral sular içmək faydalıdır.

Duz və şəkəri azaldın – Bu maddələr suyu orqanizmdə saxlayır və qan təzyiqini yüksəldə bilər.

Kofein və enerji içkilərindən uzaq durun – Bu içkilər həm ürəyə yük salır, həm də susuzlaşdırır.

Əsəblərinizi sakitləşdirin – Maqnit qasırğası zamanı qıcıqlanma artır, buna görə valeriana, melissa və ya passiflora çayı kimi təbii sakitləşdiricilər kömək edə bilər.

Havanı nəmləndirin – Kondisioner və ventilyator işləyən otaqlarda hava quruyur. Nəm parça asmaq və ya su qabı qoymaq faydalıdır.

İsti hava və maqnit qasırğaları bizim nəzarətimizdə olmayan, ancaq təsirini ciddi şəkildə hiss etdiyimiz təbiət hadisələridir. Bədənimizi dinləmək, bu günlərdə yüklənməmək və özümüzə qarşı anlayışlı olmaq bu təsirləri minimuma endirə bilər.

Unutmayın: baş ağrısı, ürəkbulanma və ya təzyiqdə kəskin dəyişiklik hiss edirsinizsə, bu "sadəcə hava" deyil – bu, orqanizmin siqnalıdır. Laqeyd yanaşmayın.

Aytac Əliyeva


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 14 İyul 2025 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see942

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see400

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see351

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see339

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see316

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see309

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see271

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see269

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see250

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see217

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see216

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see212

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see211

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see206

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see204

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see203

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see202

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see188

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see184

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri