Icma.az
close
up
RU
Saatlıda bostan məhsullarının bir qismi xarici bazarlara satılır

Saatlıda bostan məhsullarının bir qismi xarici bazarlara satılır

Azertag saytına istinadən Icma.az xəbər verir.

Saatlı, 23 iyun, Aydın Yavərzadə, AZƏRTAC

Saatlıda qarpız yığımına başlanılıb. Hazırda sahələrdən örtükaltı üsulu ilə becərilən bostanların məhsulu yığılır. Yerli bazardan əlavə xaricə də məhsul göndərilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Saatlıda bostanlardan məhsul yığımı bir həftədir başlayıb. Fermerlər əsasən hibrid sayılan tez yetişən sortlara üstünlük veriblər. Rayon sakini Şahmurad İmanov da bu il təsərrüfatında bostan bitkisinə yer ayırıb və hazırda məhsul tədarükünü gerçəkləşdirir. Bu il məhsul üçün bir sıra sortlardan istifadə etdiyini deyən fermer bildirib: “Ən tez yetişən qarpız sortu "Qrandis"dir. Digər sortlar isə "Karistan", "Kral" və "Mesim"dir; bunlar "Qrandis"dən sonra yetişməyə başlayır. Seçdiyimiz bu sortlar F1 kateqoriyasına aid hibrid toxumlardır və əsas üstünlükləri tez yetişmələridir. Yerli sortlar da mövcuddur, lakin gec yetişdiyinə görə daha çox Türkiyə istehsalı olan toxumlara üstünlük vermişik. Hazırda məhsul yığımı davam edir”.

Bu il yaz fəslində havaların əlverişsiz keçməsi bostan sahələrinə də təsirsiz ötüşməyib. Məhsulun keyfiyyəti yüksək olsa da məhsuldarlıq fermerlərin hədəflədiyi kimi olmayıb.

Fermer Həsən Əlizadə bildirib ki, qarpızın vegetasiya dövründə havaların dəyişkən keçməsi həm məhsuldarlığa mənfi təsir göstərib, həm də məhsul yığımını gecikdirib. “Beş hektar sahədə qarpız əkmişik. Gözləyirdik ki, qarpızın qiyməti 50-60 qəpik olacaq, hazırda isə cəmi 30 qəpikdir. Düşünürəm ki, bu vəziyyət soyuq hava şəraiti ilə bağlıdır. Xarici bazarlara məhsul satışı olsa da, hələlik həcmi azdır. Digər bostanlara da baxırıq və ümumi götürdükdə bu il məhsuldarlıq əvvəlki illərlə müqayisədə zəifdir”, - deyə fermer əlavə edib.

Saatlı bostanlarından tədarük olunan məhsullar yerli bazarla yanaşı, xarici bazarlara da çıxarılır. Tədarükçü Fuad Mirzəyev bildirib ki, növbəti ayın ilk ongünlüyünə qədər xarici bazara məhsul göndərilməsi planlaşdırılır. “Yalnız Saatlıdan deyil, digər bölgələrdən də məhsul ixrac edirik. Hazırda Saatlı, Sabirabad və İmişli rayonlarından məhsul tədarük edirik, daha sonra isə Kürdəmir və Salyan rayonlarından məhsul almağı nəzərdə tutmuşuq. Xaricə çıxarılan məhsula əsasən tələbat Rusiya bazarlarından gəlir. Məhsullarımız Rusiyanın müxtəlif vilayətlərinə - Voronej, Kazan, Moskva, Sankt-Peterburq və digər şəhərlərə göndərilir”, - deyə o bildirib.

Qeyd edək ki, hazırda bostan sahələrində örtükaltı əkinlərin ilk məhsul yığımı aparılır. Növbəti mərhələdə sahələrdə suvarma işləri görüləcək və bir neçə gün sonra ikinci məhsul yığımına başlanacaq. İyul ayında isə açıq sahələrdə əkilən bostanların yığımı nəzərdə tutulub. Saatlı Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə, 2025-ci ildə rayon üzrə 1345,5 hektar sahədə qarpız, 1043 hektarda isə yemiş becərilib. Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə 912 hektar yemiş sahəsindən 26 min 75,8 ton, 1623 hektar qarpız sahəsindən isə 61 min 903,2 ton məhsul tədarük olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 İyun 2025 18:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri