“Sabah” baş məşqçisinin adını açıqlayıb FOTO İdman və Biz
Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Sabah” yeni baş məşqçi təyinatı gerçəkləşib.
Klubdan İdman.biz-ə verilən məlumata görə, rusiyalı məşqçi Vasili Berezutski ilə 2,5 illik müqavilə bağlanıb.
Gənc mütəxəssis daha öncə Niderlandın “Vitess” (2018-2019), Rusiyanın ÇSKA (2020-2021, 2022), “Krasnodar” (2021-2022), həmçinin Çinin “Şanxay Şenxua” (2023-2024) klublarında köməkçi məşqçi kimi fəaliyyət göstərib, Moskvanın ÇSKA klubunda idman koordinatoru olub (2020).
Berezutski futbolçu kimi Rusiyanın “Torpedo-ZİL” və ÇSKA klublarında çıxış edib. O, Rusiya millisinin əsas komandasında 101 oyun keçirib (5 qol).
Qeyd edək ki, Berezutski bu postda Krunoslav Renduliçi əvəzləyib.
İdman.biz
Bu mövzuda digər xəbərlər:“Sabah”ın baş məşqçisinin ÖZƏLLİYİ İdman və Biz
02 Dekabr 2024 13:43
Avropa çempionu sabah mübarizəyə başlayır FOTO İdman və Biz
13 Dekabr 2024 15:27
“Sabah”ın SABAHI?! İdman və Biz
26 Noyabr 2024 10:57
“Sabah” onunla vidalaşıb İdman və Biz
09 Yanvar 2025 12:23
“Sabah”da ayrılıq İdman və Biz
03 Dekabr 2024 14:29
Baxış sayı:113
Bu xəbər 25 Noyabr 2024 17:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















