Icma.az
close
up
RU
“Sabah” “Borussiya”nın müdafiəsindəki boşluqlardan yararlana bilər” Kənan Məstəliyev

“Sabah” “Borussiya”nın müdafiəsindəki boşluqlardan yararlana bilər” Kənan Məstəliyev

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

“Sabah” bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində Almaniyanın “Borussiya” (Dortmund) komandası ilə qarşılaşacaq. Oyun Bakı Olimpiya Stadionunda saat 20:45-də başlayacaq.

Oyunla bağlı fikirlərini Redaktor.az-la bölüşən idman jurnalisti Kənan Məstəliyev bildirdi ki, “Sabah” – “Borussiya” matçı maraqlı və gərgin mübarizə şəraitində keçəcək:

“Hər iki komandanın xala ehtiyacı var. Xüsusilə “Borussiya” üç oyundur qələbə qazana bilmir, son iki qarşılaşmada isə qol vurmayıb. Azarkeşlər komandadan həm qol, həm də qələbə gözləyirlər. Bu, almanlara əlavə motivasiya verə bilər. Eyni zamanda, onların oyuna köklənməsində çətinlik də yarada bilər. Belə ki, qol vurmağa və irəli getməyə çalışan komanda müdafiədə boşluqlar verə bilər. “Sabah” da həmin boşluqlardan istifadə edərək əks-hücumlarda dəqiq oynamaqla qol vura və qalib gələ bilər”.

Şərhçi əlavə etdi ki, rəqib çox güclü komandadır və Almaniya futbolunun nəhənglərindən biridir:

““Borussiya”nın, öz meydanımızda oynamağımızdan asılı olmayaraq, çox güclü futbolçuları var. Bir həftə əvvəlki “Slaviya Praqa” ilə oyundan fərqli olaraq, almanların heyətində böyük ulduzlar var. Ən azı, Almaniya futbolunda özünü sübut etmiş və Avropa səviyyəsində tanınan futbolçular çıxış edirlər. Onlar əldə etdikləri yarımşanslardan belə istifadə edə bilirlər. Ona görə də diqqətli olmaq və müdafiəyə daha çox fikir vermək lazımdır”.

Kənan Məstəliyevin sözlərinə görə, “Sabah” oyunu əks-hücumlar üzərində qurmaqla xal qazanmağa ümid edə bilər.

“Oyunu əks-hücumlar üzərində qurmaqla xal qazanmağa ümid edə bilərik”, – deyə o bildirib.

Həmsöhbətimiz vurğuladı ki, nəticədən asılı olmayaraq, “Sabah”a olan inamı itirmək olmaz:

“Çünki “Sabah”ın bura qədər gəlməsi, Çempionlar Liqasında oynaması, hətta bir qələbə qazanması belə, əsas hədəfin öhdəsindən gəlmək deməkdir. Ona görə də düşünürəm ki, sabah futbolçular daha rahat olacaqlar və oyundan daha çox zövq alacaqlar. Matçın gedişatını və nəticəsini isə meydanda yaranacaq vəziyyətə uyğun olaraq görə biləcəyik. Düşünürəm ki, bizi gözəl bir matç gözləyir”, - deyə Kənan Məstəliyev yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 20 Oktyabr 2026 17:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see386

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see329

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see325

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see296

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see295

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see279

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see279

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see273

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see269

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see260

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see255

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see255

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see247

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see242

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see240

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see235

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see235

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see230

Sabahdan hava dəhşət soyuyacaq

24 Noyabr 2026 17:39see216

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see216
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri