Sabah çimərliklərdə hava necə olacaq?
Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Sabah çimərliklərdə gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən “Yeni Sabah”a daxil olan xəbərə görə, avqustun 2-də Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 26-27 dərəcə isti olacaq.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gecə 23-26, gündüz isə 29-34 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət gecə 70-75 faiz, gündüz isə 45-50 faiz təşkil edəcək. Sezar pizza
Azərbaycanın rayonlarında da əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimal olunur. Gecə və səhər saatlarında bəzi dağlıq ərazilərdə arabir duman müşahidə ediləcək. Mülayim şərq küləyi əsəcək.
Rayonlarda havanın temperaturu gecə 22-26, gündüz 34-39, dağlıq ərazilərdə isə gecə 15-20, gündüz 23-28 dərəcə isti olacaq.
Baxış sayı:76
Bu xəbər 01 Avqust 2026 14:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















