Sabah I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində bir neçə müqavilə imzalanacaq
Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Sentyabrln 23-də, I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanacaq müqavilələr iqtisadi və investisiya layihələrini əhatə edəcək. SİA xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlaması zamanı deyib.
Nazir qeyd edib ki, avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistan Baş naziri Nikol Paşinyanın imzaladığı sənədin məntiqi nəticəsi olaraq Cənubi Qafqaz bölgəsində iqtisadi fəallığın artırılması üçün imkanlar genişlənməkdədir.
“Forum iştirakçılarının sayına və keyfiyyətinə nəzər saldıqda Azərbaycanda biznesin həyata keçirilməsi üçün marağın hansı səviyyədə olduğu aydın görünür. Siyasi nöqteyi-nəzərdən forum Prezident İlham Əliyevin himayəsi altında həyata keçirilir”, - deyə nazir vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 22 Sentyabr 2025 17:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















