“Sabah” serbiyalı ilə gücləndi
Icma.az bildirir, futbolpress-az portalına istinadən.
“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Serbiyalı hücumameyilli yarımmüdafiəçi Velko Simiçin keçidi ilə bağlı Türkiyənin “Sivasspor” klubu ilə razılıq əldə edilib. Anlaşmaya əsasən, futbolçu 1 il icarə əsasında komandanın uğurları üçün çalışacaq.
Simiç karyerası ərzində “Sivasspor”la yanaşı, Serbiyanın “Srvena Zvezda” (2012-2013, 2018-2021), “Zemun” (2018), “Voyvodina” (2021-2023), İsveçrənin “Bazel” (2013-2017), “Şaffhauzen” (2016), “Kyasso” (2016-2017), “Vintertur” (2017), Sloveniyanın “Domjale” (2014-2015) və Kiprin “Omoniya” (2023-2025) klublarında çıxış edib.
Velko Serbiyanın müxtəlif yaş qruplarından ibarət yığmalarının və əsas millinin üzvü olub. O, “Sabah”da 21 nömrəli formada çıxış edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 28 Avqust 2025 23:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















