Sabah serbiyalını heyətinə qatdı, Türkiyə klubu ilə anlaşdılar iddia
Sportal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Sabah" icarə əsasında heyətinə cəlb etdiyi daha bir futbolçunun keçidini həll edib.
Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hazırda Premyer Liqada lider olan klub mövsümün əvvəlində "Sivasspor"dan icarəyə götürdüyü Velko Simiçin transfer hüququna sahib çıxıb.
Belə ki, "Sabah" serbiyalını 450 min avroluq transfer etmə opsiya ilə bir mövsümlük icarəyə götürmüşdü.
Masazır təmsilçisi Simiç üçün lazımı məbləği ödəyib. Onun "Sivasspor"la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədər qüvvədə idi. Velkonun "Sabah"la neçə illik müqavilə imzalaması hələ ki açıqlanmayıb.
Qeyd edək ki, 31 yaşlı futbolçu "Srvena Zvezda", "Bazel", "Domjale", "Şafhauzen", "Çiasso", "Vintertur", "Zemun", "Voyvodina", "Omoniya" klublarında oynayıb.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:181
Bu xəbər 29 Aprel 2026 12:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















