“Sabah”a het trik edən futbolçudan şok qərar
futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Mançester Yunayted”in akademiyasında gözlənilməz gərginlik yaşanır.
Futbolpress.az xəbər verir ki, bu barədə “The Telegraph” nəşri məlumat yayıb. Mançesterlilərin U-19 heyətində UEFA Gənclər Liqasında “Sabah”a qarşı keçirilən matçda het-triklə yadda qalan 15 yaşlı C. C. Qabriel klubdan ayrılmaq istəyir.
Hələ ötən həftə “Sabah”ın U-19 komandasına qarşı 5:0 hesabı ilə başa çatan qarşılaşmada U-19 heyətində ilk rəsmi oyununa çıxan gənc ulduz bu oyundan dərhal sonra rəhbərlikdən müqaviləsinin ləğv olunmasını tələb edib.
“Brayton”la keçiriləcək Liqa Kuboku matçından bir gün əvvəl verilən bu qərar klubda təəccüblə qarşılanıb. Əgər Qabriel meydana çıxsaydı, “Mançester Yunayted” tarixinin əsas komandada oynayan ən gənc futbolçusu olacaqdı. U-19 komandasındakı debüt matçında “Sabah”a vurduğu 3 qolla bütün diqqəti üzərinə çəkən hücumçunun qərarını dəyişmək üçün Aleks Ferqyuson və klub rəhbərliyi şəxsən ailəsi ilə danışıqlar aparıb.
Klub rəsmiləri oyunçunun mövsümün sonunadək müqaviləsinin olduğunu və 16 yaşı tamam olana qədər rəsmi şəkildə komandadan ayrıla bilməyəcəyini bildiriblər.
Baxış sayı:89
Bu xəbər 16 Sentyabr 2026 18:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















