Icma.az
close
up
RU
“Sabah”ın idman direktoru: Püşk çətin düşsə də, sonadək mübarizə aparacağıq

“Sabah”ın idman direktoru: Püşk çətin düşsə də, sonadək mübarizə aparacağıq

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 3 sentyabr, AZƏRTAC

Püşkatmanın nəticələri çox maraqlı və çətin alındı. Sanki Avropanın ən güclü klubları bizim qrupa düşüb. Lakin bu cür güclü rəqiblərlə qarşılaşmaq həm də böyük təcrübədir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında “Sabah” klubunun idman direktoru İqor Ponomaryov komandanın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqiblərini dəyərləndirərkən deyib.

Mütəxəssis püşkün nəticələrinə və komandanın şanslarına toxunub: “Püşkatma çox güclü qrup formalaşdırdı. Elə bir təəssürat yaranır ki, sanki Avropanın ən güclü komandaları bizə rəqib olub. Amma bu, özümüzü güclü klublarla müqayisə etmək baxımından çox faydalıdır. Əminəm ki, futbolçularımız bu oyunlarda səviyyələrini daha da qaldıracaq və məsələyə tam başqa cür yanaşacaqlar. Rəqiblər nə qədər güclü olsa da, bu o demək deyil ki, biz mübarizə aparmayacağıq. Sonadək mübarizə aparağıq, çalışacağıq və bütün gücümüzü qoyacağıq ki, Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanaq. Əlbəttə, buna cəhd edəcəyik. Hər şey ola bilər - qazana da bilərik, uduza da. Amma belə klubların Azərbaycana gəlişi artıq futbolumuz üçün böyük hadisədir”.

İ.Ponomaryov “Sabah”ın U-19 komandasının Gənclər Liqasındakı iştirakının və ölkədəki futbol mühitinin vacibliyini də vurğulayıb: “Gənclər komandamıza gəlincə, onların da belə böyük klublara qarşı oynaması çox maraqlı və faydalı olacaq. Böyük komandaların necə futbol oynadığını yaxından görəcəklər. Bizdə gənclər futbolunun səviyyəsi müəyyən mərhələdədir, buna görə də belə turnirdə iştirak etmək, başqalarının necə inkişaf etdiyini görmək gənclərimiz üçün böyük təcrübədir. Bütün bunlar futbolumuz üçün çox müsbət və böyük əhəmiyyət kəsb edən məsələlərdir. Oktyabrda ölkədə 15 yaşlılar üçün futbol festivalı keçiriləcək, gələn il isə Özbəkistan və Azərbaycanın birgə təşkil edəcəyi U-20 dünya çempionatı baş tutacaq. Bu gün U-19-da oynayanlar sabah əsas milliyə namizəddirlər və bu turnirlər onlar üçün böyük stimul olacaq”.

Qeyd edək ki, tarixində ilk dəfə Çempionlar Liqasına vəsiqə qazanan “Sabah” əsas mərhələdə İspaniyanın “Barselona”, Almaniyanın “Borussiya Dortmund”, İtaliyanın “Napoli” və Çexiyanın “Slaviya Praqa” klubları ilə evdə, İngiltərənin “Arsenal” və “Mançester Yunayted”, İspaniyanın “Vilyarreal” və Norveçin “Vikinq” komandaları ilə isə səfərdə qarşılaşacaq. Azərbaycan çempionu ilk matçını sentyabrın 10-da İngiltərədə “Mançester Yunayted”ə qarşı keçirəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Sentyabr 2026 10:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see314

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see309

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see293

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see289

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see287

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see286

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see281

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see275

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see272

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see264

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see252

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see247

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see243

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see240

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see234

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see229

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see229

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see228

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see216

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri