Icma.az
close
up
RU
“Sabah”ın yarımmüdafiəçisi: “Dambrauskasın bu yanaşması xoşuma gəlir” MÜSAHİBƏ

“Sabah”ın yarımmüdafiəçisi: “Dambrauskasın bu yanaşması xoşuma gəlir” MÜSAHİBƏ

Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Sabah”ın xorvatiyalı yarımmüdafiəçisi İvan Lepinitsanın futbolinfo.az saytına müsahibəsi

- Konfrans Liqasında “Petrokub”a hər iki oyunda qalib gəldiniz (2:0, 4:1). Rəqibi belə asanlıqla mübarizədən kənarlaşdıracağınızı gözləyirdiniz?

- “Petrokub”a qarşı hər iki oyuna çox yaxşı hazırlaşmışdıq. İlk matçda bir az qol imkanlarını dəyərləndirməkdə çətinlik çəkdik, amma sonda evdəki cavab oyunu üçün çox yaxşı nəticə əldə etdik. Bakıda isə işi tamamladıq.

- Cavab matçında 3 qol vuran Coy-Lens Mikelsin performansını necə şərh edərdiniz? Sanki Valdas Dambrauskasın gəlişi ən çox ona yarayıb…

- Möhtəşəm idi, nə deyə bilərəm ki?! Üç qol vurdu, üstəlik, bir assist etdi – bu, tam bir MVP (oyunun ən dəyərli futbolçusu) çıxışı idi.

- Konfrans Liqasında növbəti rəqib “Levski” olacaq. Şansları necə dəyərləndirirsiniz?

- Qarşıda bizi iki çətin oyun gözləyir, buna görə də yaxşı hazırlaşmalıyıq. Amma düşünürəm ki, növbəti mərhələyə keçmək üçün şanslarımız olacaq.

- “Sabah” “Çelye” ilə oyunlar da daxil olmaqla, bu mövsüm avrokuboklarda keçirdiyi bütün matçlarda hörmət ediləsi komandalardan olduğunu isbatlaya bilib. “Sabah”ın potensialı daha artığını etməyə, daha yaxşı oyun sərgiləməyə imkan verir?

- Əlbəttə, imkan verir. Düşünürəm ki, düzgün yoldayıq. Mövsümün ilk oyunları həmişə çətin keçir, komandaya inkişaf etmək və daha yaxşı olmaq üçün vaxt lazımdır. Hesab edirəm ki, hər növbəti görüşdə daha güclü və yaxşı çıxış edəcəyik.

- Valdas Dambrauskasın gəlişindən sonra məşqlərdə, komandanın oyun planında və ya futbolçulara münasibətdə ən çox ürəyinizcə olan dəyişiklik hansıdır?

- Baş məşqçi gözəl futbol oynamağımızı, topa nəzarət etməyimizi istəyir. Komandanın mümkün olan ən yaxşı səviyyəyə çatmasını arzulayır. Onun bu yanaşması xoşuma gəlir və düşünürəm ki, biz futbolçular Dambrauskasın təcrübəsindən gələcəkdə çox faydalana bilərik.

- “Sabah” kimi, digər klublarımızın da etdiyi transferlər, çempionata ciddi yanaşmaları yeni mövsümün daha rəqabətli keçəcəyini deməyə əsas verir. Bu fikirlə razısınız? Premyer Liqanın yeni sezonundan gözləntiniz nədir?

- Hər mövsüm çox rəqabətli keçir və düşünürəm ki, liqa hər il daha da böyüyəcək. Bəli, qarşıdakı mövsüm də çox rəqabətli olacaq. Biz isə öz oyunumuza və necə oynamaq istədiyimizə fokuslanmalıyıq. Hədəflərimiz həmişə yüksəkdir və həmişə olduğu kimi, bu mövsüm də əlimizdən gələni edəcəyik.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:50
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 02 Avqust 2025 14:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see171

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see157

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see141

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see139

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see134

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri