Icma.az
close
up
RU
Sabina Tanrıverdiyeva: Qadınların logistikadakı rolu danılmazdır

Sabina Tanrıverdiyeva: Qadınların logistikadakı rolu danılmazdır

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 10 sentyabr, AZƏRTAC

Azərbaycanda “Qadınlar logistika və nəqliyyatda” (Women in TLP) təşəbbüsünün rəsmi açılışı elan edilib. Bu platforma regionda logistika və nəqliyyat sahəsində çalışan qadınların əməkdaşlığını gücləndirməyi hədəfləyir. Sözügedən platforma Asiyadan Qafqaza qədər olan regionu əhatə edir və 7 ölkəni birləşdirir. Azərbaycan isə bu təşəbbüsdə ən aktiv ölkələrdən biridir.

AZƏRTAC-a müsahibəsində təşəbbüsün Azərbaycan üzrə direktoru Sabina Tanrıverdiyeva layihənin məqsədləri, ölkəmizin Orta Dəhlizdəki rolu və qadınların logistika sahəsində artan iştirakına dair sualları cavablandırıb.

– Sabina xanım, “Qadınlar logistika və nəqliyyatda” təşəbbüsü hansı məqsədlə yaradılıb?

– Bu təşəbbüs qadınların logistika və nəqliyyat sahəsində birliyini və iştirakını gücləndirmək məqsədi daşıyır. Platforma Asiyadan Qafqaza qədər olan regionu əhatə edir və ümumilikdə 7 ölkəni birləşdirir. Azərbaycan bu təşəbbüsdə ən aktiv ölkələrdən biridir. Bizim əsas hədəfimiz qadınların logistikada rolunu daha da artırmaq, gənc xanımları bu sahəyə cəlb etmək və onların inkişafına dəstək olmaqdır.

– Azərbaycanın bu təşəbbüsdə rolu nə ilə fərqlənir?

– Azərbaycan Trans-Xəzər nəqliyyat dəhlizi üzərində yerləşir və Orta Dəhlizin inkişafında mühüm rol oynayır. Bu, ölkəmizi regionun ən strateji logistika mərkəzlərindən birinə çevirir. Logistikanın qədimdən kişilərin üstünlük təşkil etdiyi sahə olması məlumdur. Amma son illər qadınların biznesdə, cəmiyyətdə və sosial həyatda aktivliyi artdıqca onların logistikada rolu da danılmaz həqiqətə çevrilib. Qadınların sahəyə gətirdiyi fərqli yanaşma logistika sektoruna yeni nəfəs qatır.

– Gənc xanımlar üçün hansı dəstək mexanizmləri nəzərdə tutulur?

– Bizim məqsədimiz gənc qadınları logistikada karyera qurmağa təşviq etmək və onları dəstəkləməkdir. Bu təşəbbüs çərçivəsində biz onları regionun logistika sahəsində çalışan digər lider qadınları ilə əlaqələndirmək, birbaşa mentorluq imkanları yaratmaq niyyətindəyik. Bununla gənc xanımlar bilik və təcrübə mübadiləsi aparacaq, öz inkişaf yolunu daha düzgün quracaq.

– Platformanın fəaliyyətində əsas hədəf nədir?

– Əsas hədəf əməkdaşlıqdır, yəni ölkələrarası əlaqələrin genişləndirilməsi. Logistika sektorunda ən vacib amillərdən biri düzgün informasiya mübadiləsi və operativ geridönüşdür. Bizim təşəbbüs məhz bu ehtiyacları qarşılamağa yönəlib. Əminəm ki, bu platforma regionda əməkdaşlığın güclənməsinə və qadınların sahədə daha aktiv iştirakına mühüm töhfə verəcək.

– Son olaraq, təşəbbüsün iştirakçılarına və maraqlananlara hansı mesajı vermək istərdiniz?

– Biz bu gün Azərbaycanda bu təşəbbüsün rəsmi açılışını elan edirik. Bütün gənc xanımları – logistikaya marağı olanları, bu sahədə karyera qurmaq istəyənləri və eyni zamanda, təcrübəli mentorları təşəbbüsümüzə qoşulmağa dəvət edirik. İnanırıq ki, birlikdə biz qadınların logistikadakı mövqeyini daha da gücləndirəcəyik.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:232
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Sentyabr 2025 20:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see382

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see341

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see335

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see328

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see328

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see326

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see307

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see304

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see282

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see270

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see262

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see260

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see255

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see253

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see249

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see236

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see216

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see212

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see203

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri