Icma.az
close
up
RU
Sabiq Baş nazir: Azərbaycanın azad edilmiş ərazilərdə bərpa işləri dünya üçün model ola bilər FOTO

Sabiq Baş nazir: Azərbaycanın azad edilmiş ərazilərdə bərpa işləri dünya üçün model ola bilər FOTO

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

XII Qlobal Bakı Forumu çərçivəsində “Sülh-Münaqişə Sonrası Yenidənqurma və Regional Sabitliyin Yenidən Bərpası” mövzusunda panel müzakirə keçirilib.

APA xəbər verir ki, panel müzakirədə çıxış edən Moldovanın sabiq Baş naziri Nataliya Qavrilita qeyd edib ki, düzgün şərait yaradılsa, Rusiya-Ukrayna münaqişəsi asanlıqla həll oluna bilər.

“Bu prosesdə təhlükəsizlik zəmanəti və beynəlxalq səviyyədə qəbul olunmuş qaydalar fövqəladə əhəmiyyətə malikdir.

Özəl sektor müharibədən sonrakı bərpa prosesinə investisiyalar yatırmalıdır. Böyük güclər bunu başa düşməli və həll yolunun tapılmasında dəstək olmalıdır.

Münaqişələr iki xalq arasında baş vermir, münaqişələr "Böyük güc"lərin müharibəsidir”, - o deyib.

Qırğızıstanın keçmiş Baş naziri Comart Otorbayev isə bildirib ki, müharibədən sonra Azərbaycanın işğaldan azad etdiyi torpaqlarda yenidənqurma və bərpa işləri dünya üçün təkcə nümunə yox, həm də müharibə sonrası yenidən qurma işləri üçün bir istinad, bir model olacaq.

Rumıniyanın sabiq xarici işlər naziri, Qara Dəniz Əməkdaşlıq Təşkilatının Baş katibi Lazar Komanesku isə qeyd edib ki, münaqişə sonrası yenidənqurma, regional sabitliyin bərpasında əsas rol beynəlxalq və regional təşkilatların üstünə düşür.

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev isə bildirib ki, komitə işğaldan azad edilmiş ərazilərdə yenidənqurma və bərpa işlərində yaxından iştirak edir.

Türkiyəli diplomat Volkan Bozkır çıxışında Türkiyədə baş vermiş dəhşətli zəlzələnin fəsadlarından və təbii fəlakətdən sonrakı bərpa prosesindən danışıb. O qeyd edib ki, zəlzələlər, təbii fəlakət və ya müharibələrdən sonra bərpa üçün ciddi maliyyə lazımdır: “Bizim təcrübə Suriya üçün nümunə ola bilər. Suriya dağıntılar içindədir. Yeni hakimiyyətin qarşısında böyük işlər durur.

Qarabağın bərpa prosesi ilə əlaqədar Azərbaycan böyük işlər görüb. Tarixi abidələr, məscidlər bərpa olunur, əhali üçün evlər, infrastruktur qurulur".

Sinqapur Parlamentinin sabiq üzvü Penni Lov panel müzakirələrində İkinci Dünya müharibəsindən sonra ölkəsində sosial-iqtisadi vəziyyətdən və bərpa təcrübəsindən danışıb: “Bizim bu illərdən çıxardığımız ibrət dərslərimiz var. Biz başa düşdük ki, sülh yoxdursa, təkamül mümkün deyil. Təkcə infrastrukturu yox, insanları da "bərpa" etmək lazımdır. Müharibədən sonra bərpa prosesi sement, beton körpülər inşa etmək deyil. Başqa bir məsələ də beynəlxalq tərəfdaşlıq, qonşularla qarşılıqlı münasibətlər qurmaqdır”.

Panel müzakirələrlə başa çatıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:112
embedMənbə:https://apa.az
archiveBu xəbər 14 Mart 2025 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see248

Rəqsanənin qızının əl ələ görüntüləndiyi müğənni KİMDİR? VİDEO

16 Dekabr 2025 14:45see232

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

16 Dekabr 2025 02:19see227

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see203

Daha beş tibb müəssisəsində ilkin dializ kateterinin qoyulması xidməti təşkil ediləcək

15 Dekabr 2025 19:12see186

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see170

Aİ Rusiyadan qaz alışını 2% dən çox azaldıb

16 Dekabr 2025 14:58see157

ABŞ dan Ankara və İrəvan açıqlaması: Zəngəzura işarə edildi

15 Dekabr 2025 22:52see150

İlham Əliyevin amnistiya təşəbbüsü humanizm və sosial ədalət prinsiplərinə sadiqliyin göstəricisidir

15 Dekabr 2025 20:55see148

2025 ci ildə ən çox buna pul xərcləmişik

15 Dekabr 2025 19:25see146

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see146

Anasını qızıl tabutda dəfn etdi Video

16 Dekabr 2025 06:40see140

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

16 Dekabr 2025 05:14see139

Bu universitetin əməkdaşlarına pul mükafatı verildi KONKRET

15 Dekabr 2025 13:47see138

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la heç heçə etdi

15 Dekabr 2025 21:07see137

Dağlarda qar, yollarda buzlanma gözlənilir rəsmi xəbərdarlıq

15 Dekabr 2025 15:27see137

Korrupsiya və əxlaq PARADOKSU Qarayevlərin biznes imperiyası SİYAHI

16 Dekabr 2025 09:01see136

Münaqişənin həllinə həmişə olduğundan daha yaxınıq Tramp

16 Dekabr 2025 00:31see131

“DTX nin keçirdiyi əməliyyatlar digərləri üçün növbəti xəbərdarlıqdır”

15 Dekabr 2025 17:13see130

Neftçilər xəstəxanasında ÖLÜM Anası böyrəyini verdi, həkimlər isə öldürdü FOTO

17 Dekabr 2025 02:24see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri