Icma.az
close
up
RU
Sabiq millət vəkili UNEC in 95 illik yubileyindən yazdı “UNEC öz tələbələrinə 3 üstünlük verir”

Sabiq millət vəkili UNEC in 95 illik yubileyindən yazdı “UNEC öz tələbələrinə 3 üstünlük verir”

Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Etibar ƏLİYEV,

Elm və təhsil mütəxəssisi, sabiq millət vəkili

 "Hər şey daha da yaxşı olacaq!"

Ədalət Muradov.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 95 illik yubileyində Universitetin rektoru professor Ədalət Muradov ölkə başçısına hesabat verdi: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev məni rektor təyin edərkən qarşıma bir vəzifə qoymuşdur: “Azərbaycan Dövlət İqtisad Universiteti dünya səviyyəli universitet olmalıdır”. Bu gün QS beynəlxalq reytinqinin nəticələri açıqlanıb. UNEC bu reytinqdə dünyanın 801-850-ci ən yaxşı universitetləri sırasına yüksəlib. Mən cənab Prezidentə hesabat verərək bildirmək istəyirəm ki, Sizin verdiyiniz tapşırıq şərəflə yerinə yetirilib, cənab Prezident! İqtisad Universiteti dünya səviyyəli universitetdir!”

Ə. Muradovun bu səmimiyyəti bütün rektorlara örnək olmalıdır. Ölkələrin inkişafını şərtləndirən əsas dəyərlərdən biri-Universitetdir. Müasir anlamda UNEC öz tələbələrinə 3 üstünlük verir.

Birinci üstünlük: Geniş biliklər qazanmağa və peşəkar həyat yoluna qədəm qoymaq imkanları yaradır. Tədqiat aparmaq bacarığı formalaşdırır.

İkincisi, diplomdur. Karyeranın başlanğıc kritik fazasında bütün məzunlar eyni sualla qarşılaşır: İxtisasımız nədir və hansı bacarıqları qazanmışıq? Universitetin nüfuzlu reytinq cədvələrində üsütün yer tutması həm də məzunların diplomunun keçərlilik effektini artırır. UNEC tələbələrinin təfəkkür tərzini dəyişə bilir.

Üçüncü üstünlük: Universitet həyatın sonrakı mərhələlərində məzunlar arasında faydalı olan əlaqələr yarada bilir. Düzgün seçilmiş ali məktəb, düzgün dostluq, mükəmməl karyera qurmağa təminat yaradır. Universitet reytinqlərində məşhur məzunlar kriteriyası bu amilə söykənir.

UNEC məzununun dünyanın 1 nömrəli Ali məktəbi sayılan Massaçusets Texnologiya İnstitutuna (MIT) “Maliyyə” ixtisası üzrə magistr səviyyəsində təqaüdlə təhsil almaq hüququ qazanması bu ali məktəbin proqramlarının mükəmməliyindən xəbər verir.

Dünyaca məşhur Stenford Universitetinin ilk rektoru olmuş Devid Cordanın inaqurasiya çıxışı bütün universitetlər üçün aktuallıq kəsb edir. "Biz müəllimlər və tələbələr ilk tədris ilindən çalışmalıyıq ki, təməlini qoyduğumuz Universitet insan sivilizasiyası durduqca əbədi yaşasın. Bu uzunömürlük planlaşma məni 4 sual verməyə məcbur edir. Stenford nə üçün mövcuddur? On ildən sonra Universitet necə olacaq? Bir əsrdən sonra necə olacaq? Necə etmək lazımdır ki, gələcək nəsillər indiki bizim imkanlarımız qədər imkanlara malik olsunlar?”

Dünya Universitetləri ilə UNEC-in əməkdaşlığına diqqət etdikdə qürur duyursan.

UNEC-in inkişafının indiki mərhələsi bizə söyləməyə əsas verir ki, "Sürətli inkişaf edən" universitet missiyasını bütün zamanlarda yerinə yetirəcək!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:45
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 20 İyun 2025 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see170

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see158

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see156

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see156

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see147

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see142

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see138

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see134

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see133

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see133

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see133

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see133

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see132

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see131

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see128

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri