Icma.az
close
up
RU
Menu

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

Bankların keşbek faizləri Yanvar 2026

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

Qızılın bahalaşması davam edir

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

Sabiq nazirin qəfil ölümü Həmkarları bilinməyən məqamlardan danışdı

Sabiq nazirin qəfil ölümü Həmkarları bilinməyən məqamlardan danışdı

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Xəbər verdiyimiz kimi, sabiq səhiyyə naziri Oqtay Şirəliyev vəfat edib. Onun rəhbərliyi dövründə Azərbaycan səhiyyəsində aparılan islahatlar və həyata keçirilən layihələr geniş müzakirə mövzusu olub. Bəs sabiq nazirlər Oqtay Şirəliyevi necə xatırlayır?

Globalinfo.az-a danışan sabiq təhsil naziri Misir Mərdanov Oqtay Şirəliyevi səhiyyə naziri təyin olunduğu gündən çox yaxşı tanıdığını bildirib:

“Onunla dəfələrlə görüşmüş, birgə tədbirlərdə iştirak etmişik. Müxtəlif problemlərin həllində, proqramların həyata keçirilməsində bir yerdə olmuşuq. Həmişə onu müsbət, səmimi və işinə məsuliyyətlə yanaşan bir şəxs kimi xatırlayıram. Təhsil Nazirliyinin, o cümlədən mənim və ali məktəb rektorlarının təkliflərinə hər zaman ciddi və qayğıkeş münasibət göstərən bir insan idi. Oqtay Şirəliyev işinin peşəkarı, elmlər doktoru, professor kimi həm Respublika Diaqnostika Mərkəzinin qurulmasında, həm də ümumilikdə ölkə səhiyyəsinin inkişafında mühüm xidmətlər göstərmiş bir şəxsiyyət idi”.

Oqtay Şirəliyev

M.Mərdanov vəzifədən getdikdən sonra da Oqtay Şirəliyevlə əlaqələrinin davam etdiyini qeyd edib:

“Bayramlarda və ailə üzvlərimin sağlamlığı ilə bağlı müraciətlərim zamanı hər dəfə diqqət, qayğı və hörmət görmüşəm. Təəssüf ki, çox az yaşadı. Çoxlarının sağlamlığını qoruyan Oqtay müəllim öz sağlamlığını axıra qədər qoruya bilmədi. Allah ona qəni-qəni rəhmət eləsin. Çox dəyərli bir həkimi, peşəkar səhiyyə təşkilatçısını itirdik. Onun ailəsinə, həyat yoldaşına və övladlarına dərin hüznlə başsağlığı verirəm. Məkanı cənnət olsun”.

Sabiq mədəniyyət naziri Əbülfəz Qarayev Oqtay Şirəliyevlə bir neçə il birgə çalışdıqlarını deyib:

“Oqtay Şirəliyevə istər tanışlarım, istərsə də mədəniyyət işçilərinə tibbi yardımla bağlı müraciət etdikdə həmişə kömək əlini uzadardı. Çalışardı ki, dəstək olsun. Çox yaxşı, alicənab və səmimi bir insan idi. Bəzən müxtəlif layihələri birgə müzakirə edirdik, hər zaman təmkinli və anlayışlı davranırdı. Aramızda heç vaxt ziddiyyət və ya narazılıq olmayıb. Həmişə xoş sözlərlə bir-birimizə müraciət etmişik, bayramlarda, ad günlərində təbrikləşmişik, ailələrimizlə də tanış olmuşuq. Kolleqam idi. Məndən yaşca böyük olsa da, ona daim hörmətlə yanaşmışam. Allah rəhmət eləsin! Oqtay müəllim yaxşı insan, dəyərli həmkar və nümunəvi ziyalı idi”.

Sabiq xarici işlər Elmar Məmmədyarov Oqtay Şirəliyevin savadlı və peşəkar bir şəxs olduğunu vurğulayıb:

“Onun haqqında yalnız müsbət sözlər demək olar. Aramızda dostluq münasibəti olmasa da, görüşəndə səmimi şəkildə dərdləşər, müxtəlif mövzularda söhbət edərdik. Hər zaman işinə məsuliyyətlə yanaşan, dəyərli insan kimi yadda qalıb”.

Zaira Akifqızı
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 06 Oktyabr 2025 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see416

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see190

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see182

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see161

Bankların keşbek faizləri Yanvar 2026

05 Yanvar 2026 14:11see158

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see157

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see157

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see154

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see152

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see150

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see150

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see149

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see148

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see144

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see143

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see141

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see139

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see137

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see137

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri